Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da təhlükə böyüyür: Vaşinqtonu təxliyə etmək üçün hərbi qüvvələr işə başlayıb

ABŞ-da pandemiyanın miqyası böyüdükcə ölkə iqtisadiyyatı ağır təzyiq altına düşüb. Rəsmi məlumatlara görə son 24 saatda 5 minə yaxın ölüm qeydə alınıb. Bu arada ölkə boyunca cinayətkarlığın da artması müşahidə olunur.

Səhiyyə sistemi təzyiq altında çökməyə başlayıb. Ölkədə panika atmosferi müşahidə olunur. Belə bir vaxtda karantin müddətlərinin uzadılması panikanı daha da gücləndirib.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın populyar Newsweek.com saytının yazdığına görə, yaranmış vəziyyət ölkə rəhbərliyini hərəkətə gətirib. Çoxlarının az tanıdığı hərbi qüvvələr hazır vəziyyətə gətirilib: Çevik hərbi qüvvələr Vaşinqtonun təxliyə olunması ilə bağlı hazırlıq işlərinə başlayıblar. Bu hərbi qüvvələrin vəzifələri Vaşinqtonu xarici və daxili təcavüzlərdən qorumaq, lazım gələrsə, Ağ Ev və digər hökumət qurumlarını təcili qaydada daha təhlükəsiz ərazilərə təxliyə etməkdən ibarətdir.

Belə bir zərurətin nə zaman yarana biləcəyi dəqiq bilinmir. Bəzi müşahidəçilərin fikrincə, ABŞ bu addımla, sadəcə olaraq, xarici düşmənlərinə mesaj göndərir ki, biz ayıq-sayıq vəziyyətdəyik və bizim vəziyyətimizdən istifadə edib zərbə vurmaq fikrinə düşməyin.

Adının açıqlanmasını istəməyən bir məmur da bildirib ki, bu qüvvələrin iş başına keçməsi doğrudur, amma indi elə bir vəziyyət yaranıb ki, getməyə yer yoxdur, hər yerdə vəziyyət eynidir - hökumət qurumlarını başqa hansı bir yerə təxliyə etmək olar?..

Bununla belə, zərurət yaranarsa, dövlər idarəçiliyində böhranın qarşısını almaq üçün idarəetmə qurumlarının, o cümlədən Ağ Ev-in daha təhlükəsiz ərazilərə təxliyə olunması mümkündür.

Paylaş »
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »