Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DGK xarici ölkədən gətirilmiş minik avtomobilləri ilə bağlı açıqlama verib

Koronovirus (COVID-19) infeksiyasının Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunduğunu nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə digər ölkələrə səfərlər, eləcə də qonşu ölkələrlə sərhədkeçmə müvəqqəti olaraq məhdudlaşdırılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib

Eyni zamanda, COVID-19 pandemiyası ilə əlaqədar 5 aprel 2020-ci il tarixdən 20 aprel 2020-ci il tarixədək yükdaşımalar istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları dayandırılıb.

Yuxarıda qeyd edilənləri və mövcud pandemiyanın fors-major hal yaratdığını nəzərə alaraq, xarici dövlətlərdə daimi qeydiyyatda olan və müvəqqəti gətirilmə müddəti xüsusi karantin rejimi zamanı bitən minik nəqliyyat vasitələrinin ölkə daxilində idarə olunmaması və həmin nəqliyyat vasitələrinin, gömrük nəzarəti altında saxlanılması mümkün olmadıqa, yaşadığınız ərazidə saxlanılması zəruridir.

Eyni zamanda qeyd edirik ki, karantin rejimi bitdikdən sonra xarici dövlətlərdə daimi qeydiyyatda olan və müvəqqəti gətirilmə müddəti bitmiş minik nəqliyyat vasitələri ölkə ərazisini tərk etməlidirlər və bununla bağlı karantin rejimi nəzərə alınmaqla həyata keçiriləcək tədbirlər barədə əlavə məlumat veriləcək.

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »