Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zahid Oruc: “Dekriminallaşdırma ilə bağlı qəbul olunan qanunlar müsbət nəticə verməkdədir”

“Dekriminallaşdırma ilə bağlı parlamentdə qəbul olunan qanunlar artıq özünün müsbət nəticəsini verməkdədir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Zahid Oruc Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib.

O deyib ki, bu, cəmiyyətdə humanizmə, hüquq və azadlıqların qorunmasına zəmin yaradıb: “Digər tərəfdən geniş dinlənmələrə ehtiyac var. İnsan haqları mövzusunda əleyhimizə ixtisaslaşan xeyli qurum var. Bu cür dinləmələr daxildə xarici təşkilatların iştirakı ilə keçirilə bilər. Ən çox alternativ cəzaların verilməməsi məsələsini məhkəməyə irad kimi bildirirdik. Onlar da bizə qanunların olmamasını bildirirdi. Bu gün müzakirə edilən bu dəyişikliklər bir çox insanların həyatına təsir göstərəcək. Pandemiya və insan haqları mövzusunu qısa şəkildə diqqət çəkmək istəyirəm. Bu şəraitdə tətbiq olunan hər hansı inzibati cəzalara görə Azərbaycana qarşı tənqidlərin olması ilə bağlı görüntü yanlışdır. İkincisi, tətbiq olunan sanksiyaları bizim əleyhimizə çevirmək istəyən qüvvələr var. Fransada 359 min nəfərə pandemiya dövründə cəzalar tətbiq edilib, İtaliyada bu rəqəm 410 mindir. Mart ayında bizdə cəza tədbirləri sadəcə 33 min nəfərə tətbiq edilib. Azərbaycan dövlətinin ali məqsədi bu dönəmdə siyasi mənsubiyyətinə görə kiməsə cəza vermək deyil”.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Sərhəddə silahlı insident: iki hərbçimiz şəhid olub
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
Son xəbərlər
Bütün xəbərlər »