Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: “Səhiyyə işçiləri bəzən getdiyi ortamda nə ilə qarşılaşacağını bilmir”

“Bu gün pandemiya ilə mübarizə çərçivəsində səhiyyə işçilərinin gördüyü işlər yüksək qiymətləndirilir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Rəşad Mahmudov Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib. O deyib ki, bu gün xidməti və professional işlərini yerinə yetirməklə bağlı zor tətbiq etmə, zor tətbiq etmə ilə xəsarət yetirmə halları baş verir: “Səhiyyə işçiləri bəzən getdiyi ortamda nə ilə qarşılaşacağını bilmir. Bu reallığı qəbul etmək lazımdır. Bu gün bütün millət vəkilləri, Milli Məclis olaraq bu məsələyə qarşı Cinayət Məcəlləsində olan məsələyə düzəliş etməliyik. Bununla Azərbaycan səhiyyəsinin gələcəkdə daha çox inkişafına təkan verəcəyik. Bu məsələnin Milli Məclisin aidiyyəti komitəsində gündəmə gətirilməsini xahiş edirəm. Azərbaycan səhiyyə işçisi bu gün və bundan sonra da öz üzərinə düşən vəzifələri yerinə yetirəcək”.

Paylaş »
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› Paşinyanın arvadı ilə bağlı araşdırma aparılır
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› DSX-nin əsgəri özünü güllələyib
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
Son xəbərlər
Bütün xəbərlər »