Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kimlər deputat köməkçisi seçilə bilər?

Bu gün Milli Məclisin növbəti plenar iclasında Milli Məclisin “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihələrinin müzakirəsi aparılıb .Deputat Sabir Rüstəmxanlı deputat köməkçilərinin bu günə qədər təyin edilməməsindən narahatlığını ifadə edib. Bəs deputat köməkçiləri nə işlə məşğul olur və onların işi necə tənzimlənir.

Bizimyol.info bu suallara cavab axtarıb.

Deputat köməkçisinin təyin olunması deputatın seçimidir Deputat köməkçisi vəzifəsi 2007-cı ilin fevralında yaradılıb. O zaman onlar 670 manat məvacib alırdılar. Deputat köməkçiləri dövlət qulluqçusu sayılmır. Deputat köməkçisinin səlahiyyət müddəti deputatın səlahiyyət müddəti bitənə qədər etibarlıdır. Deputatın təqdimatı əsasında aparat rəhbəri ilə müqavilə bağlanır. Deputat köməkçiləri ildə bir dəfə öz işləri barədə hesabat verirlər. Deputat köməkçiləri həm yerlərdə seçicilərlə görüşür, problemlərini araşdırır, həm də qanunvericilik məsələləri ilə məşğul olurlar. Əgər millət vəkili mandatından məhrum olarsa və yavəfat edərsə köməkçi işsiz qalır. Onların maaşına gəlincə orta hesabla 800 manat civarında maaş alırlar. İşlədikləri ərazidən asılı olaraq ( məsələn dağ rayonları və ya sərhədyanı ərazilər) əmık haqqında müəyyən fərqlər ola bilər.

Millət vəkili Arzu Nağıyevin dediyinə görə, deputat köməkçisi mütləq şəkildə deputatın seçildiyi rayonun qeydiyyatında olmalı, kişidirsə hərbi mükəlləfiyyətini yerinə yetirmiş və ali təhsilli olmalıdır. “Dputat statusu haqqında” qanununun “deputatlıq fəaliyyətinin təminatları” bölməsində deputat köməkçisi barədə bunlar qeyd olunub:

Deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər.

Deputatın köməkçiləri Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına saxlanılır.

Deputatın köməkçisinin işə qəbulu Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

Deputatın köməkçisinə aid əlavə tələblər Azərbaycan Respublikası Milli Məclisi sədrinin sərəncamı ilə müəyyən edilir”,- deyə millət vəkili qeyd edib.

Qeyd edək ki, yanvar ayının 1-dən deputatlarla yanaşı, Milli Məclisin Aparat işçilərinin maaşı da təxminən iki dəfə qalxıb. Hazırda Milli Məclis üzvlərinin maaşları aşağıdakı şəkildə hesablanıb.

1. Parlamentin sədri: 7424 manat (əvvəl - 3 712 manat)

2. Sədrin birinci müavini: 6680 manat (əvvəl - 3 340 manat)

3. Sədrin müavini: 6308 manat (əvvəl - 3154 manat)

4. Komitə sədri: 5940 manat (əvvəl - 2970 manat)

5. Komitə sədrinin müavini: 5568 manat (əvvəl - 2 784 manat)

6. Sıravi deputat: 5196 manat (əvvəl - 2 598 manat)

Bu artım deputat köməkçilərinə, sürücülərə və MM-in ekspertlərinə şamil olunmayıb.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »