Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya hökuməti ölkədə fövqəladə vəziyyət elan edib

Yaponiya hökuməti aprelin 17-dən COVID-19 pandemiyası fonunda bütün ölkədə fövqəladə vəziyyət rejimi elan edib.

Bu barədə aprelin 16-da qərar qəbul edən Baş Nazir Şinzo Abe COVID-19 pandemiyasının yayılmasının qarşısını almağa çalışdığını bildirib.

Abe Osaka Yaponyanin bash naziri

Ş.Abe deyib ki, fövqəladə vəziyyət rejimi təqribən 126 milyon əhalinin yaşadığı 47 prefekturanı əhatə etdikdən sonra hökumət hər bir vətəndaşa 100 min yen (təqribən 930 dollar) məbləğində birdəfəlik vəsait ödəyəcək. Bundan əlavə, Baş Nazirin bir neçə gün bundan əvvəl xüsusi dövlət büdcəsi layihəsini bəyəndiyi və onun parlamentə təqdim edildiyi də bildirilir.

Qeyd edək ki, Yaponiyada fövqəladə vəziyyət rejiminin tətbiqi digər ölkələrdən fərqli olaraq ciddi məhdudiyyətlərin tətbiq olunmasını nəzərdə tutmur. Lakin onun ötən ilin oktyabrında istehlak vergisinin artırılması ilə əlaqədar resessiya dövrünü yaşayan iqtisadiyyata ağır zərbə vuracağı şübhəsizdir. Bir çox qubernator infeksiyanın artması fonunda mərkəzi hökumətdən rəhbərlik etdikləri prefekturaların fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi siyahıya salınmasını xahiş ediblər.

“Mən xüsusən “qızıl həftə”nin yaxınlaşdığı bir dövrdə infeksiyanın müəyyən rayonlar çərçivəsində saxlanmasını təmin etmək məqsədilə bütün prefekturalarda fövqəladə vəziyyətin tətbiqi barədə qərar qəbul etdim”, - deyə Ş.Abe koronavirusa qarşı mübarizə üzrə xüsusi hökumət qrupunun növbəti iclasında bəyan edib.

Baş Nazir əlavə edib ki, bu vəziyyətin mayın 6-da yekunlaşması üçün insanlar arasında ünsiyyətin 70-80 faiz azaldılmasına nail olmaq lazımdır.

Xatırladaq ki, Yaponiyada aprelin sonunda başlayan və “qızıl həftə” adlanan bayramlar dövründə əksəriyyət öz doğma yurduna gedərək, əcdadlarına baş çəkir. Cari ildə həmin bayram mayın 6-da başa çatacaq.

Ş.Abe məhz insanların bu dövrdə sərbəst şəkildə hərəkətə keçməsinin virusun yayılması üçün çox əlverişli şərait yaradacağından ehtiyat edir.

Əlavə olaraq qeyd edək ki, Yaponiya hökumətinin koronavirusa qarşı mübarizə siyasəti siyasi tənqidçilər tərəfindən heç də birmənalı qarşılanmır. Onların əksəriyyəti hökumətin poçt vasitəsilə hər bir ailəyə iki ədəd parçadan hazırlanmış maskanın təqdim olunması ilə bağlı qərarının səmərəli olacağına şübhə ilə yanaşır. Hökumətin həmin layihə üçün 46,6 milyard yen ayırması cəmiyyət tərəfindən “Abenomask” adı alıb ki, bu da Baş Nazirin iqtisadi islahatlar paketini nəzərdə tutan və ”Abenomika” adlanan iqtisadi siyasətinə qarşı söz oyunu kimi təqdim edilir.

Digər tərəfdən Səhiyyə Nazirliyinin koronovirus pandemiyasını qiymətləndirmək üzrə xüsusi briqadasının rəyinə görə, əgər qısa müddət ərzində lazımi tədbirlər görülməzsə, Yaponiyada COVID-19 koronavirusuna yoluxanların sayı 850 minə qədər arta bilər.

Son məlumatlara əsasən, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı artıq 10 min nəfəri keçib. Bu xəstəlikdən 203 nəfərin öldüyü, 1563 nəfərin isə sağalaraq evlərinə buraxıldığı bildirilir.(Azərtac)

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »