Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus nəyə görə kişiləri daha çox öldürür...

Fransanın məşhur Le Figaro qəzeti aparılan tədqiqatları ümumiləşdirərək qadın immun sisteminin koronavirusa qarşı daha yaxşı silahlandığını yazıb. Bütün dünyadan toplanmış faktlar belə deməyə əsas verir ki, xəstəliyin ağır forması əsasən kişilərdə faciəvi sonluqla nəticələnir.

Bizimyol.info-nun Le Figaro-ya istinadən məlumatına görə, Fransada reanimasiyada yatanların 73 faizini kişlər təşkil edir.

2003-cü ildə yayılmış  Sars-CoV-1 virusu da kişilərə ağır təsir göstərib. Tuluza İnfeksion Xəstəlikılər Xəstəxanasının baş həkimi, professor Pyer Delobelin fikrinə görə, səbəblər müxtəlif ola bilər.

“İki cinsin yaşam tərzi arasındakı fərq burda rol oynaya bilər. Həmçinin, bəzi araşdırmalar cinsi orqanların da xəstəliyin gedişatına təsirini açıqlayıb. Qadınlar RNK viruslara qarşı daha dayanıqlıdırlar. Bu onların hormonları, genetik amilləri və X xromosomları ilə əlaqəlidir.

“Hormonal təsir hipotezi 2017-ci ildə siçanlar üzərində test edilib və təsdiqini tapıb. Erkək siçanların yumurtalıqlarını kəsib götürdükdən sonra, onlara SARS yoluxduruldu və onların ölüm faizi digər siçanlara nisbətən azaldı. Məlum oldu ki, məhz estrogen hormonu müdafiə rolunu oynayır.

Qadın orqanizmindəki TLR7  geni antivirus cavabı rolunu oynayan mühüm reseptordur. Başqa sözlə, qadın orqanizmində virusa qarşı anticisimərin istehsalı daha asandır. Qadınlar kişilərə nisbətən qrip peyvəndi alarkən dozanın yarısı ilə kifayətlənirlər. Bunun elmi açıqlaması da məhz yuxarıda qeyd etdiyimiz gen amilindədir.

İlhamə

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »