Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus barədə daha bir fakt aşkarlandı

Fransanın Eks-Marsel universitetinin alimləri koronavirus barədə daha bir sürpriz fakt aşkara çıxarıblar.

Virtualaz.org xəbər verir ki, təhqiqatın nəticələrinə əsasən virus hətta 60 dərəcə temperatura davamlıdır və bu temperaturda belə yoluxdurmağa davam edir.

Araşdırmaların nəticələri bioRxiv portalında dərc edilib. Eksperiment zamanı koronavirus ştammı steril nümunə qabına və biometerial qoyulan nümunə qabına yerləşdirilib. Bundan sonra hər iki nümunə bir saat ərzində 60 dərəcəyə qədər qızdırılıb. Məlum olub ki, hətta bundan sonra da steril olmayan nümunədə-biomaterialda virus çoxalmaqda davam edib. Virusu ancaq nümunəni 92 dərəcəyə qədər qızdırmaqla və 15 dəqiqə ərzində bu temperaturu saxlamaqla tam dezaktiv etmək mümkün olub.

Qeyd olunur ki, əksər laboratoriyalarda dezinfeksiya materialların bir saat ərzində 60 dərəcə qızdırılması ilə həyata keçirilir. Alimlər qeyd edirlər ki, tərkibində yüksək məzmunda virusun olduğu nümunələr üçün bu rejim kifayət etmir və indiki araşdırmaların nəticələri koronavirusun dezaktiv edilməsi üçün ən münasib üsulu seçməyə imkan verəcək.

Mart aynda Honkonq Universitetinin alimləri koronavirusun ətraf mühitdə hansı temperatura daha dayanıqlı olduğunu müəyyən etmişdilər. Məlum olmuşdu ki, virus +4 dərəcəyə yaxın temperaturda xüsusilə fəal olur və əgər dezinfeksiya aparılmasa bu temperaturda səthlər üzərində 14 günə qədər qala bilir.

Paylaş »
››› Zəngəzurda gərginlik: “Azərbaycanlılar gölün yanındadır” – Ermənistan mətbuatı
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi
Son xəbərlər
Bütün xəbərlər »