Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
190 manat üçün qeydiyyatdan keçənlərə SMS gəlməməsinə rəsmi cavab

İşsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) üçün elektron qaydada e.sosial.az portalına müracət edib hələ də cava ala bilməyən vətəndaşlarla bağlı məsələyə aydınlıq gətirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, proses ardıcıl, növbəlilik qaydasında olaraq həyata keçirilir:

Fazil Talıbov Fazil Talıbov

“Həmçinin, müraciətlərin sayının çox olduğunu nəzərə almaq lazımdır. Hər gün 45-50 min vətəndaşın müraciəti emal edilir. Ümumilikdə müraciət edən və sahibkarlıqla məşğul olan 19600 vətəndaşa, həmçinin əmək müqaviləsilə işləyən 20 min muzdlu vətəndaşa SMS-i göndərilib.

Müraciət edən 140 min nəfərə isə birdəfəlik ödəməni almasına hüququ olduğuna dair SMS göndərilib”.

F.Talıbov qeyd edib ki, proses gündəlik olaraq davam edir.

“Müraciətlərin çoxluğu və prosesin miqyasının geniş olması nəzərə alınaraq, birdəfəlik ödəmə üçün e.sosial.az portalına müraciət edən vətəndaşlara bir neçə gün sonra cavab göndərilə bilər. Buna görə narahat olmasınlar. İstənilən halda qeydiyyatdan keçən hər bir vətəndaşa imtina yaxud birdəfəlik ödəmənin təyinilə bağlı SMS göndəriləcək”.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Sərhəddə silahlı insident: iki hərbçimiz şəhid olub
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Harri Kasparov: “Putin rejimi tezliklə laxlayacaq”
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
Son xəbərlər
Bütün xəbərlər »