Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramil Həsən: "Deputat xalqa yalan danışmamalıdır"

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş onlayn müşavirə keçirildi. Dövlət başçısı müşavirədəki çıxışı zamanı cəmiyyəti maraqlandıran bir çox məsələlərə aydınlıq gətirdi,mövcud problemlərin həlli istiqamətində tapşırıqlar veridi. Bu ilin üç ayı ərzində görülən işlər geniş müzakirə olundu.

Millət vəkili Ramil Həsənin Bizimyol.info-ya verdiyi müsahibədə bildirib ki, Prezident qarşıda duran vəzifələrlə bağlı hökumət qarşısında konkret vəzifələr qoydu. Ramil Həsənlə söhbətimizdə həmçinin onun deputat seçildiyi Ucar rayonun sosial problemlərini müzakirə etdik.

- Ramil müəllim, dövlət başçısının çıxışında həm ölkə ictimaiyyətinə, həm də bu çətin günlərdə görülən işləri qaralamağa çalışan xarici qüvvələrə mesaj var idi. Bu barədə nə deyə bilərsiniz?

- Prezidentimizin çıxışını diqqətlə dinlədim. Dövlət başçısının çıxışı hərtərəfli olub bir neçə tezisi özündə birləşdiridi.Mən bu tezislərdən bir neçəsi barədə danışmaq istərdim. Pandemiya ilə bağlı yaranmış iqtisadi vəziyyətə görə Baş nazirə, maliyyə və iqtisadiyyat nazirlərinə dövlət xərclərinə yenidən baxılmasına, prioritet təşkil etməyən xərclərin ixtisar olunmasını tapşırdı. Aqrar sektorun inkişafı ilə bağlı, emal sahəsinə daha çox diqqətin ayrılmasına, indiki halda kənd əhalisini ən çox narahat edən məsələ, karantin rejiminin kənd təsərrüfatı sahəsində problem yaratmaması , 30 milyon kreditin verilməsi haqqında tapşırıq verdi.

Ölkəmizin xarici siyasəti və Qarabağda keçirilən qondarma seçkilərdən danışan dövlət başçısı beynəlxalq təşkilatların bu seçkilərə münasibət bildirməməsi və Azərbaycana qarşı yürüdülən ikili standartları xüsusilə vurğuladı. Cənab prezidet Avrpa Şurası və AŞPA-nın Azərbaycana qərəzli münasibətini ifadə etdi. Azərbaycanda baş verən ən xırda məsələlərə görə dünyaya səs salan bu təşkilatlar işğaı altında olan torpaqlarımızda- Qarabağda keçirilən seçkiyə səssiz qaldlar, heç bəyanat vermədilər.Ona görə İlham Əliyev bu təşkilatın qərarlarının kağız parçasından başqa bir şey olmadığını vurquladı.Cənab prezidentin addımları və tapşırıqları hər zaman bizim üçün yol xəritəsidir. Biz onun yolunun davamçılarıyıq və ölkəmiz, xalqımız üçün taleyüklü bütün məsələlərin həlli üçün ətrafında sıx birləşib bu birlik sarsılmazdır.Bu gün xarici qüvvələrin təsiri altında ölkə daxilində bölücülük yaratmaq istəyənlər dövlət başçısının dediyi kimi bizim düşmənlərimizdirlər.

- Ölkəmizdə koronavirusla mübarizə aparmaq üçün dövlət tərəfindən görülən tədbilrəi necə qiymətləndirirsiniz?

- Bu gün qarşımızda duran əsas problem koronavirus pandemiyasıdır. Cənab prezident çox tarixi bir ifadə işlətdi. O qətiyyətlə bildirdi ki, iqtisadi fəallıq və əhalinin sağlamlığı arasında seçim olarsa, mənim seçimim insanların sağlamlığıdır. Biz xalqımızı bu qədər düşünən bir liderlə bir daha qürur duyuruq və minnətdarlıq hiss edirik. Hesab edirəm ki, minnətdar olmaqla qalmayıb, liderimizi xalq qəhrəmanı kimi qarşılamalıyıq.Əminəm ki, milyonlarla insan da bu fikrə şərik olacaq. Ölkəmizdə əhalinin sosial rifahı üçün nəzərdə tutulmuş dəstək paketi bütün həssas təbəqədən olan insanları əhatə edir, heç kim diqqətdən kənarda qalmır. Sosial, iqtisadi və humanitar islahatların paralel aprılması çox sevindiricidir, çünki biri olub digəri olmayanda effekt vermir. Hökumət prezidentin başçılığı altında hadisələrə operativ reaksiya verdi. Fevral ayında Operativ Qərargah yaradılanda bəziləri onun nəyə lazım olduğunu soruşurdu. Əgər qərargah olmasaydı ölüm faktları qat -qat çox olardı.Bu prezidentin vaxtında, qərar qəbul etməsinin bariz nümunəsidir. Bu onun böyük siyasi təcrübəsindən irəli gəlir.İndi sağalan insanların sayı artmaqdadır, demək ki, proses doğru istiqamətdə irəliləyir.

- Ramil müəllim, Prezident su ehtiyatlarından səmərəli istifadə etmək üçün Baş nazirin müavininin rəhbərliyi ilə xüsusi komissiyanın yaradılmasını tapşırdı.Sizin deputat seçildiyiniz Ucar rayonunda da ən böyük problem su çatışmazlığıdır.

- Bəli. Prezident dəfələrlə çıxışlarında vurğulayıb ki, var olan problemləri mənə məruzə edin. Biz də xalqın nümayəndələri olaraq sosial inkişafla bağlı aparılan işlər, həmçinin çatışmazlıqlar barədə ona məlumat veririk.

Ucarda ən böyük problem su problemidir. Şoran torpaqlardır, artezian quyuları azdır, davamlı olaraq meliorasiya tədbirləri görülməlidir. Bununla bağlı qanunvericiliyə uyğun olaraq Ucarda mövcud olan problemlər barədə milli məclisə təkliflərimi vermişəm və bir daha qeyd edirəm bu dövlət başçısına dəstək xarakteri daşıyır. Artezian və Subartezian quyularının qazılması və içməli su təchizatının yaxşılaşdırılması proqramına uyğun olaraq bununla bağlı Meliorasiya istiqamətində fəaliyyət göstərən dövlət qurumlarına müvafiq göstəriş verilməsi yaxşı olardı.

Susuzluğun ortadan qaldırılması və suvarma kanallarının düzgün işləməsini təmin etmək məqsədi ilə şirə kanallarının təmizlənməsi, şoran torpaqlarının yenidən münbitləşdirilməsi üçün müvafiq addımların artırılması regionun inkişafına, əhalinin kənd təsərrüfatı, pambıqçılıq ilə məşğuliyyətinə ciddi töhfə verə bilərdi.

- Ucarla bağlı konkret hansı təklifləriniz olub?

- Ucar rayonu üçün barama, düyü istehsalı adətən keçmişdə istifadə olunan kənd təsərrüfatı sahəsidir. Bu sahəni dəstəkləyən layihələrin yürüdülməsi məşğulluq məsələsinə önəmli dəstək olardı.Sənaye Parkı kimi təşviq xarakterli layihələrin tətbiq edilməsi regionu sosial-iqtisadi yüksəlişinə önəmli töhfə verəcəkdir.

Hər hansı bir kollecin, ali və ya natamam ali təhsil müəsisəsinin olmaması – Rayonun inkişafında gənclərin rayonda qalaraq regionun inkişafına töhfə verməsinə mənfi təsir göstərir. Bu minvalla hər hansı ali təhsil müəsisəsinin filialının və ya kollecin rayonda açılması Ucar rayonundakı təhsilin inkişafına böyük töhfə verə və yeni iş yerlərinin açılması üçün təhsil sahəsinə dəstək vermiş olardı.

Gənclərin vaxtlarının səmərəli keçirilməsi, zərərli vərdişlərdən uzaq duraraq regiona fayda verəcək qabiliyyətdə olmalarına dəstək olaraq ən azından bir idman kompleksinin yaradılması, pambıq zavodunun balansında olan stadionun yenidən qurularaq gənclərin və rayonun istifadəsinə verilməsi və ya dəstək proqramına əlavə edilərək həyata keçirilməsi müvafiq sahəyə böyük töhfə verə bilər.

-Seçkilərdən sonra seçicilərinizlə görüşmək imkanınız olubmu?

- Bəli olub və onların problemləri daim diqqətimdədir. Heç bir müraciətləri cavabsız qalmır. Lakin indi karantin dövrü olduğu üçün üz- üzə görüşə bilmirik.

Bir neçə gün öncə bizim təşəbbüsümüzlə Ucarda ehtiyacı olan insanlara yardım paylandı. Biz iş adamı deyilik, ola bilmərik, lakin müraciət etdik, dəstək oldular və 160 ailəni sevindirdik. Ən önəmlisi biz insanlara yalan danışmırıq, deputat xalqa yalan danışmamalıdır və mən yalan danışmıram. Bütün problemlər diqqətimdədir, kömək əlimi uzadıram. Məsələn Qazyan kəndinin camaatı üçün yaxşı yol çəkilib, indi insanlar bu yolun orta məktəbin qarşısından keçən hissəsi üçün keçid istəyir, mən bunu müvafiq strukturlara çatdıracam . Ucar rayonunda qazlaşdırılmamış bir kənd qalıb. Şahlıq kəndi. Mənə dəfələrlə bununla bağlı müraciət olunub və məndə əlaqədar qurumlarla əlaqə saxlamışam. Mənə bildirilib ki, Ağdaşdan gələn qaz xəttinə qoşulmaqla bu ilin sonu və ya 2021-ci ilin birinci rübündə Şahqlı kəndi də qazlaşdırılacaq. Bu günə qədər mənə yönləndirilmiş 110 müraciət müsbət həll olunub, 10 müraciət haqqında müvafiq qurumlara deputat sorğusu göndərilib, 25 müraciətin ünvanlanacağı müvafiq qurumlar fəaliyyət göstərmədiyindən, karantin dövrü bitdikdən sonra həll olunmasına çalışılacaqdır

İlhamə Rəsulova

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »