Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Donald Tramp postkoronavirus dövründən danışıb

“Əvvəlcə yarışların əksəriyyəti azarkeşsiz keçiriləcək. Buna görə də televiziya üçün hər şey ediləcək”.

“Report” “The Score” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ölkədə mövsümün bərpa olunacağı dövrdən sonrakı fəaliyyət barədə danışarkən deyib.

Tramp azarkeşlərin stadionlara gələcəkdə qayıda biləcəklərini söyləyib: “Əvvəlcə onları iki oturacaqdan bir yerləşdirməyimiz lazım ola bilər. Sonra arenaları doldurmaq istəyirik. Virus getdikdən sonra belə olacaq, idman tədbirləri əvvəllər olduğu kimi baş tutacaq. Müəyyən bir dönəmdən sonra virus gəlməmişdən öncəki vəziyyətə qayıdacağıq”.

Qeyd edək ki, dünyadakı bir çox idman yarışı koronavirus pandemiyasına görə dayandırılıb və ya təxirə salınıb. ABŞ-da 678 210 nəfər virusa yoluxub. Dünyada bu xəstəlikdən ən çox ölüm hadisəsi də bu ölkədə baş verib – 34 641.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »