Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yardım kampaniyasına onlarla insan qoşuldu, yüzlərlə ailə sevindi - Foto

Valeh Arifoğlu tanınmış fotoqrafdır. Bir neçə xəbər portalı ilə əməkdaşlıq edib, kamerarası ilə gördüyü problemləri cəmiyyətə çatdırıb, həlli üçün həyəcan təbiuli çalıb. Görünməz düşmən dünyamıza savaş açıb, bir çox insanlara çətin günlər yaşatdığı bu dövrdə Valehin ürəyi yenə dözməyib, əlindən gələn dəstəyi xalqa və dövlətə göstərmək üçün can atıb.

Bizimyol.info bu xeyirxah gənclə müsahibəni təqdim edir.

Valeh Arifoğlu - Fotoqraf Valeh Arifoğlu

- Valeh bu ideya hardan ağlına gəldi? Bildiyim qədər sən özün də böyük imkanlar sahibi deyilsən. Sadə bir həyat yaşayırsan.

- Elədir. Mən də kasıb ailədə böyümüşəm. Yoxluğun necə acı bir sınaq olduğunu yaxşı bilirəm. Kasıb ailənin övladıyam. Kənddə böyüyüb başa çatmışam.”Yox”un nə demək olduğunu bildiyim üçün həmişə dua edirəm ki, Allah heç kimi kiməsə möhtac etməsin. Bu çox acı bir durumdur, düzü necə ifadə edəcəyimi bilmirəm. Dövlət başçısının da ilk gündən “Biz birlikdə güclüyük, bir olub, bir-birimizə dəstək olmalıyıq” çağırışı ilə düşündüm ki, biz hamımız əlimizdən gələn işi ümumi mənafeyimiz üçün istifadə etsək bu böyük gücə çevriləcək. Məni mediadan tanıyan bilən insanlar bir neçə dəfə kömək istəmişdilər. Elə bu təkan verdi ki, təcili hərəkətə keçim. Dostlar sağ olsun dəstək oldular və biz başladıq.Bilirsinizmi kiməsə kömək etmək, üzünü güldürmək möhtəşəm bir duyğudur. Bunun insanın ürəyinə verdiyi fərahlığın, rahatlığın yerini dünyanın heç bir sərvəti verməz.

- Bildiyim qədər şəhərin ən müxtəlif nöqtələrinə ərzaq yardımı aparrsan, Mərdəkandan tutmuş Xırdalana qədər. Maşının da yoxdur.Necə edə bilirsən bunu?

- Ərzağı çatdırmaq üçün dostlar kömək edir. Sosoial şəbəkələr vasitəsilə əlaqələnirik. Kimsə yardım etmək istəyir, ona ailə yönəldirik, və ya şirkətlər olur ərzaq toplayırlar, biz o ailələrin siyahısını veririk. Beləcə eşidənlər bilənlər də bizə qoşuldular, əhatə dairəmiz genişləndi.Ən çox dostlarımızn , iş yoldaşlarımızın köməyi ilə hərəkət edirlər. Bizə böyük dəstək olan hər bir insana təşəkkür edirik. Gücümüz çatan qədər yardım edirik.Şəhərin müxtəlif ərazilərinə çatdırmaq üçün dost tanışların maşınından və ya marketlərin çatdırma xidmətindən , ən çox da taksilərdən istifadə edirik. Mənim ən yaxın tanışlarım fotoqraflardır. Natiq Rəsul, Ayaz bizə qoşulub.

- Sizə edilən bütün yardımları qəbul edirsiniz? Ev əşyası və.s qəbul edirsiniz?

- 50 qəpik, bir manat da olsa olar. Dama-dama göl olar deyiblər. Biz azına çoxuna baxmırıq. Əsas odur insanlarınü ürəyindən gəlir bu. Hazırda ən çox ərzaq alırıq, uşaq yeməkləri, meyvə və s. Gündəlik tələbat mallalrı. Olub ki, bir neçə ailənin kirayə haqqını ödəmişik. Kimlərinsə pal paltar almaq imkanı olarsa buna da yardım edərik. Çörəyə möhtac olan ailələrin yəqin ki uşaqlarının belə ehtiyacları var.

Bax belə. Dünya gözəl insanlardan xali deyil. Valeh kömək etdiyi ailələrin heç birinin şəklini çəkmir, paylaşmır. Deyir bir tikə verib, sonra kimsəni utandırmaq istəmərəm ,ayıbdır.Bu yardımı da ona görə dedik , işqılandırdıq ki, bilənlər qoşulsun, kömək edənlər çox olsun.

Valeh Arifoğlu - Fotoqraf

Gözəl insan olmaq üçün böyük imkanlar yox, böyük ürək sahibi olmaq lazımdır. Valehin bu əməlini görüncə dünən sosial şəbəkədə gözümə sataşıb, məndə böyük təəssüf yaratmış bir fotonu da xatırladım. Hansısa İcra hakimiyyəti kasıb ailələrin qadınlarına bir qutu yardım edir və onları qarşılarına düzüb şəkil çəkdiriblər. Bir tərəfdə qalstuklu 5-6 məmur, bir tərəfdə də 5-6 qadın.Köməkdirmi, utansdırmı bəlli deyil.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »