Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcazələr sistemi kölgə iqtisadiyyatına qarşı: Əmək müqavilələri artıb

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”i fəaliyyətə başldıqdan sonra "Elektron hökumət" portalının xidmətlərindən biri olan "Əmək müqavilələrinin bildiriş sistemi" vasitəsilə 60 mindən çox əmək müqaviləsi bildirişi qeydə alınıb.

Bu barədə Bizimyol.info-ya Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

Şöbə müdiri bildirib ki, əməkdaşlar üçün icazələrin əldə edilməsi üçün təşkilatlar qeyri-rəsmi formada çalışdığı əməkdaşlar ilə rəsmi əmək müqaviləsi bağlamaq məcburiyyətində qalıb: “İcazələr sistemi vətəndaşlarımızın sağlamlığını qorumağa xidmət etməklə yanaşı şəffaflığın artırılmasına da müsbət təsirini göstərib”.

E.Niftəliyev bildirib ki, əmək müqaviləsi olmadan işçi çalışdıran şirkətlərin 71 minə yaxın əməkdaşının icazəsi ləğv olunub. Həmçinin, əmək müqaviləsi olmadan işçi çalışdıran şirkətlərə ciddi xəbərdarlıq edilib və onlarla bağlı lazımı qərarlar qəbul olunub.

Ramid İbrahimov

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »