Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT dəstəyə görə Azərbaycana təşəkkür edib

BMT-nin Azərbaycandakı nümayəndəliyi Heydər Əliyev Mərkəzinə - Azərbaycanın əsas memarlıq simvollarından birinin üzərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bayrağının təsvir olunmasına görə dərin minnətdarlığını bildirir. Bu həmrəyliyi və dəstəyi yüksək qiymətləndiririk.

Bizimyol.info xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunur ki, mübarizənin ön cəbhəsində olan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) minlərlə əməkdaşı ilə birgə virusla mübarizə aparan üzv dövlətləri və onların cəmiyyətlərini, xüsusilə də bu pandemiyadan daha çox əziyyət çəkənləri, məsləhət, təlim, avadanlıq və həyati əhəmiyyət daşıyan xidmətlərlə dəstəkləyir.

ÜST və BMT-nin digər agentlikləri ölkədə COVID-19 pandemiyasının səbəb olduğu təcili problemləri həll etmək üçün Azərbaycan hökuməti və digər tərəfdaşlarla sıx əməkdaşlıq edir.

Azərbaycanın bu çətin sınaqdan alnıaçıq çıxmasına dəstək olmaq üçün əlimizdən gələni edəcəyik. Biz birlikdə daha güclüyük və birlikdə bu böhrana qalib gələcəyik.

Paylaş »
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edəcək
Son xəbərlər
Bütün xəbərlər »