Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyada karantin rejimi daha üç həftə uzadılır

Britaniya hökuməti koronavirusla bağlı karantin rejiminin daha üç həftə davam edəcəyini deyib.

Bu barədə ölkənin Xarici İşlər naziri Dominik Raab hökumətin koronavirusla bağlı günlük keçirdiyi brifinqdə bildirib.

“Hökumət hazırkı karantin rejiminin ən az növbəti üç həftə ərzində davam etməsi bəradə qərar qəbul edib”,- deyə o bildirib.

Xarici İşlər naziri hökumətin bu qərarı Fövqəladə Hallar üzrə Elmi Məşvərət Qrupunun (SAGE) məsləhətlərini nəzər alaraq verdiyini deyib. O, bu qərarın koronavirusun pik həddə çatacağı təqdirdə onunla ən yüksək dərəcədə mübarizə aparmaq üçün çox vacib olduğunu bildirib.

Xatırladaq ki, Britaniyda hazırkı karantin rejiminin şərtlərinə görə, ölkədəki bütün əyləncə, istirahət mərkəzləri, alış-veriş mərkəzləri, kinoteatrlar, kafe və pivəxanalar, əksər restoranlar və iş yerləri bağlanıb. İnsanlar evlərindən çölə yalnız bir neçə halda çıxa bilər. Onlar gündə bir dəfə idmanla məşğul olmaq üçün yaxınlıqdakı parka, ərzaq mağazalarına, marketlərə gedə bilər. İki nəfərdən artıq toplaşmaq isə qadağan olunub. (Apa.az)

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »