Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya müflisləşir: Səudiyyə şahzadəsi Putini cəzalandırmağa davam edir

Neftin qiymətinin kəskin aşağı düşməsi Rusiya iqtisadiyyatına böyük zərbədir. OPEK+ çərçivəsində yeni razılaşmaya görə, “Urals”ın hər tonuna görə ixrac rüsumu cəmi 6,8 dollar təşkil edəcək. Çünki bir barelin qiyməti 19 dollardan götürülür.

Bizimyol.info xəbər verir ki, bununla da Rusiyanın neft gəliri 8 dəfə aşağı düşür. Ona görə ki, apreldə rüsum 52 dollar səviyyəsində nəzərdə tutulub. Qiymətin kəskin aşağı düşməsi neft gəlirinin 87 faiz azalmasını əsas mövzuya çevirir. Vəziyyət getdikcə ağırlaşır. Çünki “Urals” dəyər itirməkdə davam edir. İndi Rusiya neftinin bir bareli bazarda 16 dollar dəyərləndirilir.

Mütəxəssislər hesab edir ki, qlobal böhran dövründə vəziyyətin yaxşılaşmasından söhbət belə gedə bilməz. Daha çox ona görə ki, təklif tələbi sutkada 25 milyon barel üstələyir. Anbarlar neftlə doludur. Yanacağı saxlamağa yer tapılmır.

Vladimir Putin Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmanla mümkün qədər yaxşı dil tapmağa çalışır ki, daha böyük zərbə almasın. Amma ərəblər hətta nisyə neft satmağa da hazırdır. Buna görə də Rusiyanın neft gəlirləri son 18 ilin ən aşağı həddinə çatıb.

“Lukoyl”un sahiblərindən olan Leonid Fedun OPEK+ razılaşmasını Rusiya üçün aşağılayıcı və ağır adlandırmışdı. “Qazpromneft”in rəhbəri Aleksandr Dyukov bu fikirlə razılaşmamışdı. O, hesab edir ki, razılaşma bütün neftçilər üçün sərfəlidir.

Xatırladaq ki, martın əvvəllərində OPEK hasilatı azaltmağı təklif etsə də, Putin bu təklifi rədd etmişdi. O vaxtdan bəri Səudiyyə şahzadəsi neft hasilatını artıraraq qiyməti salmaqla və ya nisyə neft satmaqla Rusiyanın bazarını zəiflətməkdə davam edir. İki ölkə hələ də qarşılıqlı etimada söykənən həll yolu tapa bilməyib.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »