Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tibbi maskanın istehsalı üçün xammalın idxal edilməsinə aydınlıq gətirildi

Xəbər verildiyi kimi Azərbaycanda tibbi maskaların istehsalı üçün xaricdən xammal gətirilib. Xammal idxalına rüsumlar, əlavə dəyər vergisi ləğv edilib, güzəştli kreditlər təklif olunub.

Tibbi maska üçün xammal sayılan pambıq Azərbaycanda istehsal olunduğu halda xammalın idxal olunması suallar yaradıb.

Bizimyol.info-nun əməkdaşı bu suallara cavab tapmaq üçün Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirliyə müraciət edib.

Nicat Nəsirli KT eksperti Nicat Nəsirli

“Azərbaycan hökumətinin pambıqçılığa önəm verməsi ölkədə çox ciddi şəkildə müzakirə edilirdi. Pambıqçılıq niyə strateji sahəyə çevrilib? Təkcə koronavirus faktı özü sübut etdi ki, pambıqçılığa primitiv yanaşmaq olmaz. Çünki pambıq sənaye əhəmiyyətli bir bitkidir, texniki bitkidir. Ondan 200-ə yaxın məhsul almaq olur. Bu gün pambıq üzərində iqtisadiyyat quran dövlətlər var. Onlar ağılsız dövlətlər deyildir. Gördüyünüz kimi pandemiya dövründə məhz bunda axsadıq.

Ölkənin bütün sahələri artıq pandemiyanın prizmasından qiymətləndirilməlidir. Bu sahələrdən biri də kənd təsərrüfatıdır. Pambıqçılıq ölkədə inkişaf edir. Bu il də 100 min hektar sahədə əkin planlaşdırılır”,- deyə Nicat Nəsirli bildirib.

Ekspert vurğulayıb ki, ölkəmizdə pambıqçılığın emal sənayesinin olmaması çox ciddi boşluqdur: “Pambıq emal olunmalıdır ki, biz onu xam şəkildə satmayaq, yarımfabrikat məhsullara, tam emal olunmuş məhsullara çevirərək əlavə dəyər əldə edək. Belə bir çətin vaxtda pambıqçılıq ölkəsinə əgər xammal xaricdən gətirilirsə, təbii olaraq bu məsələ sual yaradan faktordur.

Ona görə də bizdə emal sənayesi qurulmalıdır. Artıq nəinki maska istehsalı, eyni zamanda tekstil, sənaye və digər sahələrin hər biri yerli pambığı qəbul etməlidir və bu məsələlər yerli pambığın üzərinə köklənməlidir”.

Ramid İbrahimov

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »