Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Unibank özünüməşğulluq proqramına dəstək verir

Unibank Tamam Cəfərovanın ən böyük istəyini - öz şəxsi biznesini yaratmaq arzusunu reallaşdıracaq.

Ölkəmizdə qədim tikmə sənətinin azsaylı davamçılarından olan Tamam xanım bu peşəni yaşatmaq, gələcək nəsillərə ötürmək, bu sahədə kiçik biznesini qurmaq fikrindədir.

Bu gözəl missiyanı həyata keçirməkdə isə Unibank ona dəstək olacaq: “Mən bu bacarıqları anamdan öyrənmişəm. Uşaqlıqdan bu işlə məşğulam. 1997-ci ildə cəbhə zonasında olan kəndimizdə minaya düşərək ayağımı itirəndən sonra da, məni həyata bu bacarıqlarım bağladı. Hər zaman arzum olub ki, bildiyim tikmə, toxuma, dərzilik sənətini genişləndirim. Amma lazımı avadanları almağa imkan olmadığından, bu arzu olaraq qalıb. İndi bu arzumu həyata keçirməkdə, öz şəxsi binesimi qurmaqda Unibank mənə dəstək olacaq. Çox sevinirəm ki, həm anamdan mənə yadigar qalan sənəti yaşadacam, həm də bu işdən əldə edəcəyim qazancla öz dolanışığımı təmin edəcəm”.

Tovuz rayonunun Cilovdarlı kənd sakini olan Tamam Cəfərova “Unibank”ın qoşulduğu özünüməşğulluq proqramında dəstək verəcəyi vətəndaşlarımızdan biridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.

Unibank-hər kəsin bankı!

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »