Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın hökumət başçıları koronavirusun öhdəsindən daha yaxşı gəlir

Angela Merkel Almaniyada, Casinda Ardern Yeni Zelandiyada, Sanna Marin Finlandiyada...

Pandemiya dövründə onların ölkəsində çox aşağı ölüm göstəricisi müşahidə edilir. Həmçinin koronavirusun yayılmasının qarşısının alınması üçün çox erkən tədbirlər görülüb. O dərəcədə ki, KİV və internet istifadəçilərində belə bir sual yaranıb: bəlkə qadın liderlərdə böhrana tab gətirmək daha yaxşı alınır?”, -  “Le Figaro” belə yazır.

Bizimyol.info xəbər verir ki, Fransa qəzeti qadın hökumət başçılarının koronavirusla mübarizədə daha çox uğur qazanmasına diqqət yönəldir. “The Guardian” isə belə bir iddia ilə razılaşmır: “Qadın olmaq hələ pandemiyanın öhdəsindən gələcək insan olmaq anlamına gəlmir. Üstəlik, bu sizi heç də ən yaxşı lider etmir. Belə ehtimal qadının guya daha mərhəmətli doğulması, əməkdaşlığa daha meylli olması kimi seksist və əhəmiyyətsiz ideyanı gücləndirir”.

“Le Figaro”nun məqaləsində deyilir ki, Donald Trampın başçılığı altında ABŞ 30 minə qədər itki verib, amma Yeni Zelandiyada cəmi 9 nəfər həyatını itirib. Çünki baş nazir Casinda Ardern vaxtında düzgün qərarlar verib:

Casinda Ardern Casinda Ardern

sərhədlər ölkədə cəmi 6 pandemiya xəstəsinin olduğu dövrdə bağlanmışdı. “The Guardian” isə yazısında bu nüansın əhəmiyyətini azaldır. Böyük Britaniya qəzeti bildirir ki, göstəricilərin aşağı olmasının əsas səbəbi Yeni Zelandiyanın coğrafi mövqeyinə və miqyasına görədir. Ölkədə cəmi 5 milyon əhali var.

“Forbes” yazır ki, Almaniyada kansler Angela Merkel böhrana zamanında həssas yanaşıb:

Angela Merkel Angela Merkel

“Lap əvvəldən xəbərdarlıq etmişdi ki, əhalinin 70 faizi virusa yoluxa bilər. Hamını virusa ciddi yanaşmağa çağırmışdı. Düzdür, ölkədə 3200 ölüm qeydə alınıb, amma qadın lider reanimasiya yerlərinin artırılması və əhalinin kütləvi testdən keçirilməsi sayəsində pandemiyanın təsirini məhdudlaşdırmağı bacarıb”

ABŞ jurnalı inanır ki, qadın hökumət başçılarının çevik reaksiyası effektli alınıb. Yazıda Tayvan prezidenti Tsay İnvenin adı xüsusi çəkilir. O, hələ yanvarda 124 bənddən ibarət tədbirlər planı ortaya qoymuşdu. İslandiyanın baş naziri Katrin Yakobsdouttir isə ölkənin bütün vətəndaşlarını pulsuz testdən keçməyə dəvət etmişdi.

34 yaşlı Sanna Marin Finlandiyada vaxtında həyəcan təbili çalmışdı.

Sanna Marin Sanna Marin

Norveçin baş naziri Erna Sulberq uşaqlar üçün mətbuat konfransı keçirmişdi. Casinda Ardern aprelin əvvəllərindəki video müraciətdə balaca yenizelandiyalıları xəbərdar etmişdi ki, Pasxa dovşanı bu il gəlib onlara yetişməyə bilər. “Bəzi qadın liderlərin antiböhran idarəetməsi tarixə düşməyə layiqdir”, - “Le Figaro” yazını belə bitirib.

Paylaş »
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir... - Azərbaycanlı psixiatr
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Həbsdə olan iş adamına işgəncə iddiaları var: DİN açıqlama verdi
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
Son xəbərlər
Bütün xəbərlər »