Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hikmət Hacıyev: "Ölkədə epidemioloji vəziyyət nəzarət altındadır"

"İnsanlarda elə təəssürat olmasın ki, karantin rejimi avtomatik xarakter daşıyır. Məqsəd vətəndaşların təhlükəsizliyidir".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, zəruri qabaqlayıcı tədbirlər nəticəsində hazırda ölkədə epidemioloji vəziyyət nəzarət altındadır: "Vətəndaşlarımızın təmkin göstərməsi mütləqdir. Sanitar-epidemioloji vəziyyətdən asılı olaraq da qərarlar olacaq. Vətəndaşların operativ şəkildə məlumatlandırılmasında medianın üzərinə böyük iş düşür. Amma onlar bu cür məsul işin üzərindən layiqincə gəlirlər".

Hikmət Hacıyev deyib ki, əsas məsələlərdən biri virusa yoluxan şəxslərin təmaslarının hərəkət trayektoriyasını müəyyən etməkdir: "Onların hər birinin müəyyən edilməsi, test olunması böyük işdir. Həkimlər də bu mübarizədə ön xətdədilər. Hər birimizin fərdi məsuliyyətimiz çox vacibdir". (Apa.az)

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
››› Nazir müavini əlilliyin hansı hallarda ömürlük müəyyən olunacağını açıqlayıb
››› “Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
››› Melikyan “Şuşa Bəyannaməsi” barədə: “Rusların Qarabağda uzun müddət qalması şübhəli görünür”
››› Rusiyada təyyarə qəzası: ölənlər və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »