Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert koronavirusun kənd təsərrüfatı məhsullarına təsirlərini açıqladı

Kənd təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli koronavirusla bağlı yaşanan karantin səbəbindən strateji ərzaq məhsulları ilə bağlı ölkədə qıtlıq olub-olmayacağı ilə bağlı Bizimyol.info-nun sualları cavablandırıb.

Nicat Nəsirli KT eksperti Nicat Nəsirli

Ekspert bildirib ki, hazırda ölkədə taxıl ehtiyatları var və əkin sahələrində taxılla bağlı vəziyyət isə iqlim şəraitindən asılı olacaq: “Bu il qışın kifayət qədər mülayim və quraq keçməsi və ilkin yazın qeyri-stabil keçməsi şübhəsiz ki, taxıl üçün müəyyən risklər yaradır. Hal-hazırda əkin sahələrində bitişin nə səviyyədə olması ilə bağlı təhlil aparırıq. Belə ki, əkin aparılmış 600 min hektardan çox buğda sahələrində və 300 min hektardan çox arpa sahələrində iqlim amilinin, eləcə də, zərərvericilərin hərəkətləri nə dərəcədə təsir göstərməsi müəyyənləşdiriləcək.

Artıq bilirsiniz ki, rəsmi şəkildə bəyan olunub ki, ölkənin taxıl ehtiyatları var. Yəni keçən il Rusiya və Qazaxıstanda əlverişli qiymət formalaşdığına görə oradan taxıl idxal olunub. Ölkəninn çörək və çörək məhsullarına olan tələbatları təmin olunacaq”.

Ekspert qeyd edib ki, qırmızı ət məhsulu bütün ölkələrdə olduğu kimi Azərbaycanda da idxaldan asılılıq var: “Azərbaycanda kifayət qədər heyvandarlıq potensialı var. Belə ki, ölkəmizdə 300 milyon başa qədər inək var, 700 milyon baş qoyun, 30 milyon baş quş var. Bu, ümumilikdə ölkə tələbatının 70-80 %-ni təmin edir. Digər hissəsi isə xarici ölkələrdən idxal olunmuş və emaldan keçirilərək kolbasa və sosiska məhsulları şəklində əhaliyə çatdırılan qırmızı və ağ ət məhsullarıdır”.

Nazirliyin mütəxəssisi vurğulayıb ki, biz strateji ərzaq məhsullarına indiki pandemiya dövrü tələbləri prizmasından baxmalıyıq: “Çünki pandemiya dövründə strateji ərzaq ehtiyatlarının yaradılması bir nömrəli məsələdir. Yəni, pandemiyanın yaratdığı fəsadlarla aclığın yaratdığı fəsadlar təxminən eyni ölçülməldir. Ona görə də bu çox vacib məsələdir.

O ki qaldı ikinci çörək hesab olunan kartofa olan tələbat, ümumilikdə ölkə üzrə əkilən kartof sahəsi 56 min hektardır, bu sahələrdən isə 1 milyon tondan çox kartof əldə edirik. Bizim əgər uyğunlaşdırılmış saxlanc imkanlarımız olsa idi, ölkədə istehsal olunmuş kartof əlbəttə ki ölkəni təmin etməyə imkan verərdi. Ancaq saxlanc imkanı olmadığına görə biz payız-qış mövsümündə xarici ölkələrdən idxal edirdik. Keçən il bununla bağlı elə bir problem yox idi. Çünki İran və digər ölkələrdən biz idxalı həyata keçirirdik və bazarda əlverişli qiymət formalaşırdı. Ancaq pandemiya dövründə yanaşmalar necə olacaq, hansı risklər ortaya çıxacaq açığı biz hələki bunu bilmirik. O ki qaldı tərəvəz, meyvəyə, burada ölkə tələbatı 100 faiz təmin olunur”.

Nicat Nəsirli bildirib ki, bu il ölkəmizin ən ciddi problemlərimizdən biri pandemiyanın məhsullarımızın xarici bazara ixrac olunması üçün risklər yaradacaq: “Həmin məhsulları ölkənin içində realizasiya eləmək lazımdır, yəni, ya bu məhsullar istehlaka yönəldilməlidir ki, sahibkarlarımız əziyyət çəkməsin, ya da ki emala yönəldilməlidir.

Əksinə, mən bu il bir sıra kənd təsərrüfatı məhsullarında çox ciddi ucuzluq olacağını demək istəyərdim. Çünki idxalda istər-istəməz məhdudiyyətlər yaranacaq və haradasa qış mövsümünə qədər əksər məhsullar üzrə heç bir problem olmamalıdır. Əkin planları keçən ilki qədərdir, azalma olmayıb. Sadəcə qış fəslinin mülayim, əlverişsiz keçməsinin nə dərəcədə təsir edəcəyini biz yəqin ki may ayında dəqiq biləcəyik. Çünki indi bu sahələrə baxış keçirilir”.

Ramid İbrahimov

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »