Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycanda son günlər testi pozitiv çıxanların 20 faizi Rusiyadan gələnlərdir”

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi odur ki, karantin rejimindən çıxma tələskən xarakter daşımamalıdır”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, ÜST tərəfindən koronavirusun yoluxması 3 - xaricdən idxal, icma halında və daxili yoluxma kateqoriyasına ayrılıb.

“Azərbaycanda əvvəl xaricdən idxal, daha sonra icma və sonda daxili yoluxma baş verib. Ona görə də qonşu dövlətlərlə anlaşma və məsləhətləşmə ilə Azərbaycanın quru sərhədləri bağlanıb və beynəlxalq uçuşlar dayandırılıb. Xaricdən idxal olunma köklü şəkildə azalıb, bu da daxili yayılma hallarının təftiş olunma imkanlarını artırıb. Xaricdən gələnlər 14-21 və ya 21-28 gün xüsusi karantin rejimində qalıblar. Qonşu dövlətlərlə də sıx əməkdaşlıq edilir ki, xaricdən gələn hansısa şəxsin pozitiv nəticəsi varsa, onun həmin ölkədəki təmasda olduğu şəxslər və yerlər müəyyən olunsun. Azərbaycanda son günlər testi pozitiv çıxanların 20 faizi Rusiyadan gələn vətəndaşlardır”, - deyə H. Hacıyev qeyd edib.

H. Hacıyev deyib ki, Rusiydan Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımız 5 gün ərzində "Evə gedirəm" portalına müraciət edə bilərlər: “Daha sonra portalın fəaliyyəti dayandırılacaq və növbəli əsasda vətəndaşlarımızın qayıdışı təmin olunacaq. Bundan sonra isə yenidən portalın fəaliyyəti bərpa olunacaq. Hava yolu ilə qayıdışa dair alt sistem barədə də vətəndaşlarımıza məlumat veriləcək”.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› XİN: AİHM-in Ermənistanın 11 vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərarını alqışlayırıq
››› Putin 56 nəfərə general rütbəsi verib
Son xəbərlər
Bütün xəbərlər »