Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qablaşdırılmamış satılan çörəklər koronavirus daşıyıcısıdır - Ekspert

“Koronavirusa yoluxma yollarından biri də marketlərdə satılan qablaşdırılmamış məhsullardır”.

Bunu Bizimyol.info-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov zavod çörəklərinin açıq şəkildə maşınlara yığılaraq, marketlərə daşınması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirərkən deyib.

Eyyub Hüseynov

“Koronavirus infeksiyasının yayılması ilə bağlı mütəxəssislərin dediyini nəzərə alsaq qablaşdırılmamış məhsullar infeksiyanın yayılmasına səbəb ola bilər.

Nazirlər Kabinetinin “Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında 94 nömrəli qərarına əsasən əmtəə bazarında satılan bütün ərzaq malları qablaşdırılmalıdır. Qablaşdırılmanın üzərində istehsalçıya aid rekvizitlər, məlumatlar olmalıdır. Lakin biz marketlərdə bir çox malların, eləcə də çörəyin açıq satıldığını müşahidə edirik. Qablaşdırılmadan satılan çörəklər koronavirusun yayılması üçün münbit şərait yaradır. Biz çörəyin açıq şəkildə hazırlanması ilə yanaşı açıq şəkildə marketlərə daşınmasını görürük”,-deyə ekspert E.Hüseynov bildirib.

Ekspert istehlakçılara müraciət edərək onları açıq şəkildə satılan çörəyə tələbatı yaratmamağa çağırıb: “Eləcə də, market sahiblərini çağırıram ki açıq satılan çörəyi satışa qəbul etməsinlər. Əhali isti çörəyə deyil, soyudulmuş çörəyə üstünlük versin. Açıq satılan çörəklər təkcə koronavirusun deyil, digər xəstəliklərin də daşıyıcısı ola bilər”.

Ekspert təəssüflə bildirib ki, illərdir məhsulların qablaşdırılması ilə bağlı problem həll olunmur və Nazirlər Kabinetinin 94 nömrəli qərarı icra olunmur.

Ramid İbrahimov

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› DSX-nin əsgəri özünü güllələyib
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
Son xəbərlər
Bütün xəbərlər »