Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkimdən uşaqlı ailələrə çağırış: “Peyvənd təcili deyil, evdə qalın”

“Koronavirus pandemiyası ilə bağlı mübarizə tədbirləri ilə bağlı elan edilmiş xüsusi karantin rejimi vəziyyətində peyvəndləmənin muvəqqəti dayandırılması barədə qərar verilməlidir”.

Aytən İsmayılzadə Aytən İsmayılzadə

Bu barədə Bizimyol.info-ya açıqlamasında həkim-pediatr Aytən İsmayılzadə bildirib.

Həkimin sözlərinə görə, peyvənd təcili deyil, evdə qalmaq lazımdır: “Hələ də peyvəndə çağıran həkimlər vardı. Həkimlər də, pediatrlar da yoluxmuş ola bilər. Peyvəndə təcili deyil. Təcili olmadıqca xəstəxanaya getmək lazım deyil”.

Nazirlər Kabineti yanında Operativ Qərargahın son məlumatına görə, Azərbaycan Respublikasında 56 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 1253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 404 nəfəri müalicə olunaraq sağalmış, 13 nəfər vəfat edib, 836 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 75.397 test aparılıb.

Ramid İbrahimov

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› “Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq” - Bir neçə diversantın azad olunması reallaşa bilər
Son xəbərlər
Bütün xəbərlər »