Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Virus Çindən, tabut Sivasdan: Türkiyə antibakterial tabut ixracına başladı - Foto

Koronavirus pandemiyası bir çox sahələri iflic etsə də,tabut və başdaşı hazırlayan sexlərə toxunmayıb.

Bizimyol.info xəbər verir ki, Sivasda hazırlanan antibakterial tabutlar böyük maraqla qarşılanıb və hazırda 16 ölkəyə ixrac olunur. Bu ölkələrin başında isə Amerika, Almaniya, İtaliya və İspaniya dayanır. Koronavirus ölümlərində istifadə olunan bu tabutlar bir dəfə istifadə üçün nəzərdə tutulub və ölü ilə birlikdə basdırılır.

Tabut

Qurquşun üzlənmiş dəmirdən istifadə olunaraq hazırlanan tabutların patentini də Sivasdakı bir firma alıb. Firma rəhbəri Volkan Yılmaz bildirib ki, onlar virus hücuma keçməzdən öncə anatomiya dərsləri, həmçinin morqlar üçün xüsusi ləvazimatlar hazırlamaqla məşğul olublar. Pandemiya başladıqdan sonra antibakterial tabut istehsalına başlanılıb və hazırda çoxlu sayda sifarişləri var. Tabutlar antibakterial olduqarı üçün ölünün basdırıldığı torpağa virus keçməsinin qarşısını alır, bu da onlara olan tələbatı artırır.

Adətən müsəlmanlar torpağa tabutsuz kəfənlə tapşırırlırlar. Amma bu tabutlarla istisna etmək olar.

Artıq Türkiyə müftiliyi koronavirusdan ölən şəxslərin tabutla, həm də kəfənlənib, yuyulmadan dəfn edilməsinə icazə verib.

İlhamə

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »