Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ebolanın dərmanı koronavirusun da qarşısını ala bilər...

ABŞ-da alimlər təcrübə altında olan makakaları koronavirusun ağır formalarından qoruya biliblər.

“Report” xəbər verir ki, eksperimentin nəticələri “bioRxiv”də dərc edilib.

Bildirilib ki, amerikalı alimlər buna meymuna Ebola ilə mübarizədə istifadə edilən remdesivir preparatı vurmaq vasitəsilə nail olublar.

Araşdırmaçılara görə, bu, heyvanlar üzərində aparılan təcrübədə təsdiqini tapan və SARS-CoV-2-yə təsir edən ilk preparatdır.

“Müalicə zamanı remdesiviri bacardıqca tez vurmaq lazımdır”, - araşdırmanın müəllifləri vurğulayırlar.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 094 000-i ötüb. Bunların 520 946 nəfəri sağalıb, 135 569 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »