Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Prezidentinə Milli Qəhrəman adı verilsin - Təklif

Azərbaycanın Dövlət Mükafatı laureyatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə Azərbaycan Respublikası Milli Məclisinin üzvlərinə müraciət edib.

Pravda.az-ın xəbərinə görə, professor bəşəri fəlakət olan koronovirus pandemiyasının ölkəmizdə geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində görülən əhəmiyyətli tədbirlərə və bu mübarizədə göstərdiyi əzmkarlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi məsələsinin Milli Məclisin iclasında müzakirələrə çıxarılması təklifini irəli sürüb.

Müraciəti olduğu kimi, təqdim edirik:

Azərbaycan Respublikasının Milli Məclisinə

Hörmətli, Milli Məclis üzvləri!

Mən müstəqil Azərbaycanın Milli Məclisini ölkənin şəxsiyyətlər fondu hesab edirəm. Doğrudur, burada müəyyən dövrlərdə həmin fonda daxil edilməyə layiq olmayan təsadüfi adamlar da olub. Fəqət, bizim Milli Məclis ölkənin ən səlahiyyətli ali orqanıdır, ölkəmizin həqiqi sahibi olan Xalq tərəfindən seçilib. Ona görə də Millət vəkilləri toxunulmazdır: onlar öz şəxsiyyəti, ləyaqəti və mərhəməti ilə xalqa nümunədir və nümunə olmalıdır.

Mən bütün bunlara güvənərək, bir vətəndaş və ziyalı kimi sizə müraciət edirəm. Son illər respublikamız cənab Prezident İlham Əliyevin bacarıqlı idarəçiliyi, siyasi iradəsi, diplomotik uzaqgörənliyi sayəsində həm beynəlxalq siyasi arenada, həm də iqtisadi sahədə görünməmiş tərəqqiyə nail olub.

Koronovirus sindiromunun qloballaşma nəticəsində meydana çıxmış sərhədsiz dünya ideyasını məğlubiyyətə uğratdığı bir dövrdə cənab Prezidentin vətənini və xalqını dərin məhəbbətlə sevməsi bütün dünyaya nümunə oldu. Tarix onun dövlət siyasətinin, iqtisadi layihələrinin bütün sahələrdə keçirdiyi uğurlu islahatların doğruluğunu bir daha təsdiq etdi. “Hər bir azərbaycanlının Prezidenti” olan İlham Əliyev böyük reformatordur.

O, Azərbaycanı yenidən qurmağa, dünyanın ən dayanıqlı ölkəsinə çevirməyə nail oldu. Dünyanın və mənəm-mənəm deyən Avropanın dövlət başçılarının çaşqın bir vəziyyətdə qaldığı dövrdə onun öz dövlətinin gələcəyi naminə Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə gördükləri işlər cahanşümul siqlətə malikdir. Böyük Çingiz Aytmatovun təbirincə desək, “XXI əsrin lider etalonu” İlham Əliyev uzaqgörənlik və müdriklik nümayiş etdirərək, ölkəni kürəsəl fəlakətdən xilas etmək üçün fədakarlıq və rəşadət göstərir.

Bütün bunları nəzərə alaraq, inadkar bir inamla ölkəmizi hədəf seçən bəşəri fəlakətə qarşı böyük rəşadət və əzmkarlıqla mübarizə aparan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi məsələsinə baxılmasını sizdən xahiş edirəm.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »