Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Beynəlxalq Bankı maliyyə dayanıqlığını qoruyur

Azərbaycan Beynəlxalq Bankı 2020-ci ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. 31 mart 2020-ci il tarixinə Bankın aktivləri 8,9 milyard manat, müştərilərə verdiyi kreditlər 2,4 milyard manat, depozit portfeli 5,6 milyard manat olub.

Rüb ərzində Bank tərəfindən iri korporativ müştərilərə, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinə 120 milyon manatadək kredit və qarantiyalar verilib. Bank ilin birinci rübünü 76 milyon manat əməliyyat mənfəəti ilə başa vurub.

Rüb ərzində Azərbaycan Beynəlxalq Bankının I dərəcəli kapitalının adekvatlıq əmsalı 33.33%, məcmu kapitalının adekvatlıq əmsalı 32.88% təşkil edib. Beləliklə, Bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olub.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »