Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan qlobal çağırışlarla üz-üzədir”

Məlum olduğu kimi, apreli 13-də Prezident İlham Əliyevin sədrliyi ilə videokonfrans formatında müşavirə keçirildi. Müşavirədə sosial-iqtisadi məsələlər, koronavirus pandemiyasının yaratdığı vəziyyət, görülən və görüləcək işlər müzakirə olundu.

Bu müşavirənin nəticələri ilə bağllı Bizimyol.info portalının suallarını Bakı Politoloqlar Klubunun rəhbəri Zur Məmmədov cavablandırır.

Zaur Məmmədov Zaur Məmmədov

- Prezidentin keçirdiyi müşavirə yeni formatda oldu. Bu formatda səmərəli müzakirələr aparmaq mümkün oldumu? Dünya təcrübəsində də bu formatdan istifadə olunur. Necə effekt verir?

- Koronavirusla əlaqədar olaraq bütün beynəlxalq təşkilatların görüşləri bildiyiniz kimi artıq virtual məkana keçid edib. Eyni zamanda hətta dövlət başçıları, liderlər arasındakı toplantılar və konfranslarda da biz skayp vasitəsilə video-müzakirələrin aparıldığını görürük. Bu təcrübədən bütün ölkələr istifadə edir. Azərbaycan Respublikasının Prezidenti də 2020- ci ilin 1-ci rübünün sosial- iqtisadi yekunlarına dair video-konfrans tipli görüşdə bir sıra maraqlı məqamlara toxundu. Əsas odur ki, kifayət qədər effektiv müşavirə alındı. Prezident video-konfrans vasitəsilə çox mühüm ismarıcləri istər nazirliklərə, istər Nazirlər Kabinetinin üzvlərinə, ayrı-ayrı nazirlərə, istərsə də, dövlət rəsmlərinə,vətəndaşlara, müxalif siyasi partiyalara, dünya ictumaiyyətinə çatdıra bildi

- Prezident dedi ki, koronavirusun yayılması və neft qiymətlərinin düşməsi nəticəsində yaranmış ağır vəziyyətdən dərin və geniş islahatlarla çıxmaq olar. Sizin fikrinizcə, hansı sahələrdə islahatıar nəzərdə tutulur?

- Koronavirusun ən böyük bəlası ondan ibarətdir ki, o, təkcə sağlamlığa ziyan vurmur, eyni zamanda iqtisadi və sosial vəziyyəti də kifayət qədər pisləşdirir. Dünyada artıq biz bu gün 2008 -ci ildən bu yana o zamankından daha böyük iqtisadi krizislə, böhranla üz-üzəyik. Təbii ki, Azərbaycan həmin o beynəlxalq iqtisadi sistemin bir parçasıdır. Dünyada neftin qiymətlərinin də aşağı düşməsi bizim iqtisadiyyatımıza təsirsiz ötüşməyəcək. Amma iş orasındadır ki , 2014-2016-cı illərdəki böhran zamanı neftin qiymətinin 130 dolllardan 40 dollara qədər düşməsi dövründə də Azərbaycan hökümətinin gördüyü tədbirlər artıq bu dəfəki neft düşməsindəki problemləri bir daha azaltmış olur. Bazar günü OPEK+ formatında keçirilmiş görüşün nəticəli bitməsi onu göstərir ki, biz yaxın vaxtlarda neftin qiymətinin artmasının şahidi olacağıq. Düzdü, hələlik neft qiymətləri kifayət qədər aşağıdır. 2020 -ci ilin Azərbaycan büdcədində neftin qiyməti 55 dollar götürülüb. Bu defisiti aradan qaldırmaq üçün, təbii ki, dövlət büdcəsinə transferin Dövlət Neft Şirkəti tərəfindən ediləcəyi istisna deyil. Hər bir halda, düşünürəm ki, neft bazarında vəziyyət 2022 -ci ilə qədər kifayət qədər sabit olacaq. Ümimiyyətlə, büdcənin formalaşdırılması məsələsinə onsuz da il ərzində bir neçə dəfə baxılır.

- Prezident makroiqtisadi sabitliyin qorunub saxlanmasının ən əsas vəzifələrdən biri olduğunu, eləcə də əhalinin sosial müdafiəsinə yönəlmiş qərarların icrasının vacibliyini vurğuladı. İndiki böhran şəraitində bu, necə mümkün olacaq? Hansı addımların atılacağını gözləmək olar?

- Təbii ki, dövlətin əsas funksiyalarından biri vətəndaşların sosial rifahının və iqtisadi dayanıqlılığın müdafiəsidir. Bu ağır durum da dövlət qarşısında bir sıra çağırışlar qoyub. Bu çağlrışların öhdəsindən gəlmək üçün, təbii ki, Prezident tərəfindən işlər görülməkdədir. Təbii ki, sahibkarlara 2,5 milyard manatın ayrılması, bundan əlavə, Azərbaycanda işsizlərə dövlət yardımının olunması, bank və vergi sektorunda kreditlərlə bağlı və sahibkarlığın tənəzzülə uğramaması üçün atılan addımlar buna dəlalət edir. Bu tədbirlər sosial qruplar arasında koronavirus bəlasının fəsadlarının ağır olmaması üçün həmin sosial qruplara, tələbələrə, sahibkarlara, xüsusilə də, kiçik və orta sahibkarlara, bank sektoruna, eyni zamanda işsizlərə köməyin edilməsi nəzərdə tutulur. Bununla bağlı Maliyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müvafiq tapşırırlar verilib.

- Prezident siyasi sistemin islahatlarından, yeni siyasi konfiqurasiyadan da danışdı. Sizcə, siyasi sistemdə islahatların əsas hədəfləri nələr olacaq?

- Artıq 2018- ci ilin Prezident seçkilərindən dərhal sonra biz tədricən institusonal islahatların, siyasi, sosial, iqtisadi islahatların, kadr islahatlarının şahidi olduq. Bu, dövlət idarəçiliyində modernləşmə ilə bağlıdır. Eyni zamanda modernləşən dünyada yeni çağırışlara cavab mexanizmidir. Təbii ki , biz son zamanlar dövlət idarəetməsində gənclərin irəli çəkilməsinin şahidi olmaqdayıq. Bunun da əsas səbəbi ondan ibarətdir ki , nəsillərin dəyişilməsi gec-tez baş verməli idi. Bu da baş verir. Eyni zamanda biz kadr siyasəti sahəsində də ciddi islahatların

da şahidiyik. Bu, Prezident Administrasiyasında, Milli Məclisdə və Nazirlər Kabinetində xüsusilə özünü göstərmiş oldu. Prezident son müşavirədəki çıxşında 2020-ci ildə islahatların davam edəcəyini də vurğuladı. Kadr islahatları sırasında da regional islahatlar, icra başçıları arasında daha çox kadr dəyişikliklərinin şahidi olacağıq .Onlar yeniləri ilə mütləq şəkildə əvəz olunacaq.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »