Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim: “Azərbaycanda koronavirus digər ölkələrə nisbətən mülayim gedişatı ilə fərqlənir”

“Azərbaycanda müşahidə olunan koronavirus digər ölkələrə nisbətən mülayim gedişatı ilə fərqlənir. Məslən laborator, həm də instrumental üsullarla təsdiqlənmiş məlumatlara görə, İtaliya və İspaniyada koronavirus xəstələrində tənəffüs çatışmazlığının inkişafı 30-40 dəqiqə ərzində baş verir. Kompüter tomoqrafiyası xəstələrdə ağciyər zonasında şüşəyəbənzər periferik dəyişiklik müəyyən edir. Azərbaycanda xəstələrin vəziyyəti daha stabildir, buna görə də, ağır xəstələr o qədər də çox deyil”.

Bu fikirləri Bizimyol.info-ya koronavirus xəstələrinin müalicə aldığı xüsusi xəstəxananın həkimi Svetlana Abdulova bildirib.

Həkimin sözlərinə görə karantində müalicə alan, xəstələr iki dəfə test verdikdən və nəticələr mənfi olduqdan sonra evə buraxılır. Əgər xəstənin şikayətləri varsa və ya hər hansı simptom tamamilə keçməyibsə, müalicəsinə davam edilir. Evdə heç bir xüsusi virus əleyhinə müalicə təyin edilmir. Amma evdə də özünü təcrid etməsi mütləq şərtdir.

Doktor Rüstəmova xəstəliyin pik həddə çatıb- çatmadığını dəqiq söyləyə bilməsə də hadisələrin stabil xətlə inkişaf etdiyini vurğulayıb:

“Mən dəqiq bir söz deyə bilmərəm, amma müşahidələrim onu deməyə əsas verir ki, Azərbaycan artıq stabil mərhələyə çatıb”.

İlhamə

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› DSX-nin əsgəri özünü güllələyib
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
Son xəbərlər
Bütün xəbərlər »