Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədən gətirilən azərbaycanlı həkimlərin hansı xəstəxanalarda çalışacağı açıqlanıb

"REACT-C19 layihəsi çərçivəsində Türkiyədən gətirilən azərbaycanlı həkimlər Bakıda 4 xəstəxanada çalışacaqlar".

APA-nın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu xəstəxanalardan biri "Yeni Klinika"dır: "Hazırda həmin xəstəxanada 100-dən çox koronaviruslu xəstə müalicə olunur, onların əksəriyyəti ağır və orta ağır xəstələrdir. Həmin həkimlərin bir qrupu həmin xəstəxanada, bir qrupu isə Mərkəzi Neftçilər Xəstəxanasında çalışacaq. Digər iki qrup isə Tibb Universitetinin Tədris-Terapevtik və Tədris-Cərrahiyə xəstəxanalarında işləyəcək.

Bu xəstəxanalarda həm də hazırda Tibb Universitetinin rezidenturasının 3 və 4-cü kursunda oxuyanlar da iştirak edəcəklər.

Həkim qrupları sabahdan etibarən 2-4 həftə Bakıda çalışacaqlar, daha sonra regionlardakı digər xəstəxanalara da ezam olunacaqlar".

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »