Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST: Layihənin məqsədi Azərbaycan hökumətinin COVİD-19-la mübarizəsinə kömək etməkdir

“Bu layihənin məqsədi Azərbaycan hökumətinin COVİD-19-la mübarizəsinə kömək etməkdir”.

APA-nın məlumatına görə, bunu bu gün Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalara COVİD-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-S19 layihəsinə start verilməsi ilə əlaqədar keçirilən tədbirdə ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

H.Harmancı deyib ki, 3 ay ərzində Bakıda və regionlardakı xəstəxanalarda bacarıqların artırılmasına dəstək veriləcək: “Türkiyədən gəlmiş azərbaycanlı həkimlərdən formalaşdırılmış dörd heyətin hər birində infeksiyanın qarşısının alınması və nəzarət, triaj, yoluxma hallarının idarə olunması və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) üzrə mütəxəssislər təmsil olunur. Bu mütəxəssislər Türkiyənin seçilmiş universitetlərində təlimlər keçib, sözügedən sahələr üzrə praktiki təcrübələr əldə edib və müvafiq təlimat alıblar. Həkimlər Azərbaycan hökumətinin ayırdığı təyyarə ilə gətirildi. Eyni zamanda COVİD-19-la mübarizəyə dəstək istiqamətində bir veb sayt da hazırlanacaq”.

ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri qeyd edib ki, bu layihə həqiqətən Azərbaycan və Türkiyə hökumətinin effektiv əməkdaşlığını göstərir: “Normal halda aylarla davam edəcək yazışmalar bir neçə gün ərzində həyata keçirildi. Bu təcrübə gələcəkdə öyrənilə bilər”.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »