Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı tələbədən Uhandakı son durumla bağlı açıqlama

Dünyaya koronavirus pandemiyasının yayıldığı Çin şəhəri Uhanda karantin aprel ayının 7-də ləğv edildi. Sosial şəbəkələrdə şəhərin artıq normal həyatına dönməsi barədə xəbərlər yayıldı.

Uhan şəhərində təhsil alan azərbaycanlı tələbə Aqil Abdullayev Bizimyol.info-ya bildirib ki, karantin aradaq qaldırılsa da ,həyat tam normala dönməyib.

“Bu şəhərin 11 milyon əhalisi var. Hamının birdən-birə küçələrə tökülməsi pandemiyanın yeni dalğasına səbəb ola bilər. Buna görə insanlar evlərindən çıxmağa ehtiyat edirlər və lazım olmasa, evdən çıxmırlar. Məktəblər və universitetlər açılmayıb. Baxmayaraq ki, artıq yoluxma və ölüm faktları barədə xəbərlər yoxdur. Biz universitetin kampusunda 3 saat ərzində həyətə düşmək imkanına malikik. Burdan bayıra çıxmırıq. Digər ərazilərdə yaşayan dostlarımız da bizə deyirlər ki, onlar da bayıra çıxmırlar. Dövlətin sərt qadağaları olmasa da, indi insanlar özləri-özlərini təhlükədən qoruyurlar. Karantin qaldırılıb, lakin müəyyən qaydalar hələ qüvvədəddir”.

İlhamə

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »