Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Donald Tramp Senatı təhdid etdi

ABŞ prezidenti Donald Tramp, Senatın təcili olaraq administrasiyadakı boş vəzifələrə irəli sürdüyü namizədlərə səs verməyəcəyi təqdirdə, Konqresin hər iki palatasının iclaslarını məcburi yekunlaşdıracağı ilə bağlı təhdid edib.

“Report” “TASS”a istinadən xəbər verir ki, nəticədə Amerika lideri konstitusiyanın ona verdiyi səlahiyyətlərindən istifadə edərək boş vəzifələrə təyinat həyata keçirə biləcək.

Onun sözlərinə görə, senatorlar onun irəli sürdüyü namizədlərin təsdiqini ciddi şəkildə təxirə salırlar ki, bu da koronavirusun yaratdığı xəstəliyin kontekstində tamamilə qəbuledilməzdir.

“Senat ən azı 4 maya qədər Vaşinqtonu tərk edib. Bu cür hallarda konstitusiya prezidentə vakansiya yerlərinə təyinat həyata keçirmək imkanı verir, buna iclaslar arasında görüş deyilir. Senat ya öz vəzifələrini yerinə yetirməli və baxılması üçün təqdim etdiyim namizədlərə səs verməli, ya da iclasını yekunlaşdırmalıdırkı mən təyinatları həyata keçirim. Əvvəllər belə hal baş verməyib. Ancaq biz bunu edəcəyik” - deyə, Tramp bildirib.

Paylaş »
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› Azərbaycanda Türkiyə hərbi bazası Rusiyanı qorxutdu, Kreml təhdid etdi
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Qarabağ qazisi: "Əlillik pensiyamı kəsiblər, nə yeməliyəm, hava ilə dolanmalıyam?!"
Son xəbərlər
Bütün xəbərlər »