Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da həyatı bərpa etməyə hazırlaşırlar

Koronavirusa yoluxma və ölüm statistikasına nəzərə salanda ABŞ-ın ən ağır vəziyyətdə olmasına şübhə qalmır.

Virusa yoluxanların sayı 600 mini keçib. Azı 27,5 min insan həyatını itirib. Buna baxmayaraq, ABŞ-da həyatı bərpa etməyə hazırlaşırlar.

Bizimyol.info xəbər verir ki, dünyanın ən nəhəng dövlətlərindən biri mayın 1-dən sərt karantin rejimindən imtina edir. Bu haqda “Washington Post” məlumat yayıb. Məşhur qəzetin etibarlı mənbələrdən aldığı informasiyaya görə, gələn ayın ilk günündən məktəblər, kilsələr və ticarət mərkəzləri fəaliyyətini bərpa edəcək.

“Washington Post” yazır ki, prezident Donald Tramp həyatın bərpa olunmasına çox həvəslidir. Hələ aprelin əvvəllərində dövlət başçısı bu haqda danışmağa başlamışdı. Trampa qalsa, həyatın aprelin 12-də bərpa olunmasını istəyirdi. Amma virusa yoluxanların və ölənlərin sayının kəskin artımı fonunda qəti qərar vermək asan görünmədi. Buna baxmayaraq, ayın sonuna qədər vəziyyətin sabitləşəcəyi gözlənilir. Elə bu mənada mayın 1-dən həyatın bərpası inandırıcı səslənir.

Paylaş »
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »