Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatdan elektrik enerjisinin aylıq istehlak limitinin artırılması ilə bağlı açıqlama

Xəbər verdiyimiz kimi aprel-may aylarında elektrik enerjisi sərfiyyatı artırılmış limitlə hesablanacaq.

Belə ki, elektrik enerjisi sərfiyyatına görə limitlər 300 kilovat/saatdan 400 kilovat/saat artırılıb. Buna səbəb əhalinin evdə qalması ilə bağlı elektrik enerjisindən istifadənin çoxalmasıdır. Artıq qanuna uyğun şəkildə sistemlər tənzimlənib.

Dövlətin sosial dəstəyi ilə bağlı Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, elektrik enerjisinin aylıq istehlak limitinin artırılması dövlətin sosial siyasətinin növbəti addımıdır.

Aydın Mirzəzadə Aydın Mirzəzadə

“Koronavirusla mübarizə tədbirləri çərçivəsində insanların özünü təcrid tələbi böyük rol oynayır. Nəzərə almaq lazımdır ki bu zaman əksər insanlar iş yerlərindən məhrum olurlar. Düzdür, vətəndaşların əksəriyyəti dövlət müəssisələrində işləyirlər və onların maaşları verilir. Amma iqtisadiyyatımızın böyük hissəsi özəl sektordadır.

Təəssüf ki insanlarımızın bir qismi işsiz statusundadır. Odur ki, xüsusi karantin rejimində onların dolanışığı ilə bağlı problem yaranırdı. Cənab Prezidentin tapşırığı ilə sosial problemlərin həlli üçün əvvəlcə 1 milyard manat vəsait ayrıldı. Sonra, ümumi dəstək üçün isə 2 milyard vəsait ayrıldı. İşsiz şəxslərə 1 ay üçün 190 manat birdəfəlik müavinət verildi. Hesab edirəm ki bu çox ciddi dəstək oldu. Elan edildi ki xüsusi karantin rejimi artırılsa, növbəti ayda bu yardım veriləcək. 50 min iş yerinin açılması nəzərdə tutulub ki, bu da 50 min ailənin daimi qazanc yerinin olması deməkdir”,-deyə A.Mirzəzadə bildirib.

Deputat qeyd edib ki, dövlət başçısının göstərişi əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün digər addımlar atıldı: “Bunların içərsində elektrik enerjisinin aylıq istehlak limitinin artırılması oldu. İki ayı müddətində əhaliyə 100 kilovat-saat elektrik enerjisindən sərfəli istifadə etmək hüququ verildi. O da bildirildi ki ehtiyac yaranacaqsa başqa tədbirlər də həyata keçiriləcək”.

A.Mirzəzadə bildirib ki, Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə sosial siaysət sahəsində toxundu: “Sosial dəstək üçün yeni imankarın olacağı bildirildi. Cənab Prezident biznes dairələrinin, ayrı-ayrı şəxslərin əhaliyə yardım kampaniyasında iştirakına müsbət fikir bildirdi. Dövlət başçısının biz birlikdə güclüyük çağırışı həm dövlətin, həm də cəmiyyətin ayrı-ayrı fərdlərinin fəaliyyətində öz əksini tapır”.

Son xəbərlər
Bütün xəbərlər »