Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səudiyyə Ərəbistanından Rusiyaya inanılmaz zərbə

Səudiyyə Ərəbistanının Rusiya ilə haqq-hesabı bitməyib. Ərəblər rusları neft bazarından sıxışdırmaq üçün əlindən gələni edir.

Bizimyol.info xəbər verir ki, Səudiyyə Ərəbistanı nisyə neft satmağa başlayıb. “Saudi Aramco” Avropa və Asiyadan olan müştərilərə 90 gün sonra ödəməklə məhsul verməyə hazır olduğunu bildirib.

Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı hələ dünən “Brent”dən 10,3 dollar ucuz neft satmağa hazır olduğunu bildirmişdi. Ərəblərin xüsusilə Cənubi Avropa bazarını ələ keçirmək üçün belə addım atdığı iddia olunurdu. Bugünkü qərar isə onu göstərir ki, Asiya dövlətinin iştahı daha böyükdür. Səudiyyə Ərəbistanı Moskvanı bazardan tam sıxışdırmaq istəyir.

Moskva Moskva, Rusiya / Foto: Pixabay.com

Nisyə mal satışını Səudiyyə Ərəbistanı bankları həyata keçirəcək. Bunun üçün xüsusi veksellər nəzərdə tutulub. Borc sənədi əldə edən ölkələr neftin pulunu 90 gün sonra ödəyə biləcək.

Bütün bunların fonunda “Brent” markalı neftin qiyməti dayanmadan düşür. Son məlumata görə, 1 barelin qiyməti 27 dollara yaxınlaşır. Bu halda Səudiyyə Ərəbistanı hətta 16-17 dollara da neft satmağa hazır olduğunu bildirir.

Son xəbərlər
Bütün xəbərlər »