Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə insanların əksəri küçəyə çıxmaq qadağası istəyir

Türkiyədə insanların əksəri belə düşünür ki, vaxtında daha sərt karantin rejimi tətbiq olunsaydı, bu qədər koronavirusa yoluxma qeydə alınmayacaqdı. Hər halda, sorğunun nəticəsi belə deyir.

Bizimyol.info xəbər verir ki, respondentlərin 77 faizi küçəyə çıxmaq qadağası istədiyini gizlətməyib. Fikri soruşulanların 8 faizi bunu əksini deyib. Yerdə qalan 15 faiz isə qəti fikir söyləməkdə çətinlik çəkib.

Sorğu Türkiyənin 81 ilində yaşı 18-i keçmiş 2 min 262 nəfər arasında keçirilib. Respondentlər bir sıra suallara cavab verib. Onların 49 faizinin fikrincə, hökumət daha vaxtında sərt tədbirlər görməliydi. Həmin insanların 44 faizi yetərincə iş görüldüyünü düşünür. 7 faiz tərəddüd içində qalıb.

Fikri soruşulanların yalnız 35 faizi kifayət qədər test olunduğunu düşünür. Respondentlərin 86 faizi işsizliyin artacağını, nə qədər qəribə olsa da, 4 faiz azalacağını fikirləşir.

Türkiyədə bu günə qədər 65 mindən çox vətəndaşda koronavirus aşkarlanıb. 1403 nəfər həyatını itirib.

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »