Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkələrdə dolların məzənnəsi dayanmadan artır

Pandemiya dünyada həm də qeyri-adi iqtisadi mənzərə yaradıb. Bir neçə ay sonra nə baş verəcəyini proqnozlaşdırmaq olmur.

Bizimyol.info xəbər verir ki, Türkiyədə ABŞ dollarının məzənnəsi dayanmadan artır. Bu gün 6,90 göstəricisi qeydə alınıb. Axırıncı dəfə dolların lirəyə nisbəti 2018-ci ilin avqustunda bu səviyyəyə çatmışdı.

Ümumiyyətlə, son günlər lirə sürətlə dəyər itirir. Dünən 6,80 göstəricisi qeydə alınmışdı. Böyük ehtimalla sabah 7 psixoloji həddi aşılacaq.

Türkiyədə təkcə dollar dəyər qazanmır. Elə avronun və funt sterlinqin də məzənnəsi yüksəlib. Bu gün 1 avro 7,50, 1 funt sterlinq isə 8,59 səviyyəsinə çatıb.

Başqa bir qonşu ölkə Rusiyada da Qərb valyutalarının dəyəri yüksəlməyə başlayıb. Məsələn, dolların rubla nisbətində OPEK+ razılaşmasından sonra müəyyən eniş müşahidə olunurdu. 1 dollar 73 rubl səviyyəsinə enmişdi. Halbuki buna qədər məzənnə 82-yə qədər yüksəlmişdi. Bu gün Rusiyada da milli valyuta güc itirib. Bu dəqiqələrdə məzənnə 75-ə yaxınlaşır. Mütəxəssislər prosesin davam edəcəyini proqnozlaşdırır.

Son xəbərlər
Bütün xəbərlər »