Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aprel ayı üzrə bütün pensiyaların ödənişi başa çatdı

Respublika üzrə aprel ayının bütün pensiya ödənişləri bu gün başa çatıb.

Bizmyol.info xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə aprelin 8-10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə əmək pensiyalarının ödənişi aparılıb.

Qeyd olunub ki, bu gün respublikanın digər şəhər və rayonları, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyalar bank hesablarına köçürülüb. Pensiyaçıların yaxınları, ailə üzvləri evdən çıxmaq üçün müvafiq icazə əsasında, habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq sahiblərinə çatdıra bilərlər. Bu zaman hər hansı faiz tutulmayacaq.

Həmçinin, xüsusi karantin rejiminin tətbiqi şəraitində sosial ödənişlərin vaxtından daha əvvəl həyata keçirilməsi və bankomatlar qarşısında vətəndaş sıxlığının qarşısının alınması üçün pensiya, müavinət, təqaüd və ünvanlı yardımların ödənişi qrafikində dəyişiklik edilib. Yeni qrafikdə nəzərdə tutulan günlərdə də aprel ayının pensiyalarının ödənişi təmin olunub.

Aprel ayının müavinət, təqaüd və kompensasiyaları bu ayın 20-21-də, ünvanlı dövlət sosial yardımları isə ayın 28-də veriləcəyi bildirilib.

Son xəbərlər
Bütün xəbərlər »