Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nyu-Yorkda testdən keçməyən 3 700 nəfər koronavirusdan öldü

ABŞ-ın ən böyük şəhəri olan Nyu-Yorkda testdən keçməyən 3 700 nəfərin koronavirusdan öldüyü ortaya çıxıb.

Bunu Nyu-York Şəhər Səhiyyə Departamenti açıqlayıb.

Məlumata görə, yüksək hərarət, öskürək və nəfəs çatışmazlığından əziyyət çəkən həmin şəxslər testdən keçməyib və yaşadıqları evdə ölüblər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 024 000-i ötüb. Bunların 492 464 nəfəri sağalıb, 128 946 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (Report.az)

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Müharibə iştirakçılarının intihar hallarının qarşısı necə alınmalıdır...
››› Nəhəng raket nəzarətdən çıxdı: Hansı şəhərlərə düşə bilər
Son xəbərlər
Bütün xəbərlər »