Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Millət vəkili rus dilində danışığını qınayanlara cavab verdi

Bir neçə gündür sosial şəbəklərdə millət vəkili Ramil Həsənin telekanallardan birinə rus dilində verdiyi açıqlama müzakirələrə səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçiləri və bu materialları qəsdən yayan şəxslər deputatın rus dilində qrammatik cəhətdən düzgün danışmamasına irad bildiriblər.

Millət vəkili onun rusca müsahibə verməsi və bunun ətrafında aşağılayıcı kampaniyaların aparılmasına

Cavab olaraq Bizimyol.info-ya bildirib ki, millət vəkili seçildikdən sonra haqqında qərəzli və sifarişli məlumatlar yayılmağa başlayıb

“Üç həftə əvvəl koronavirus pandemiyası ilə bağlı telekanalların birinə verdiyim rus dilində müsahibə nədənsə indi ortalığa çıxıb Mən millət vəkili seçildikdən sonra haqqımda sifarişə söykənən məlumatlar yayılmağa başlayıb. Məni rusca pis danışmaqda suçlayır, hətta təhqir edirlər. Hər bir vətəndaş istədiyi dildə danışa, fikrini çatdıra bilər. Amma əsas məsələ öz doğma dilini bilməkdi

Qanunda da aydın göstərilir ki, dövlətimizin rəsmi dövlət dili Azərbaycan dilidir. Xüsusən sən məmursansa, ictimai xadimsənsə öz dilini mükəmməl bilməlisən. Mən Azərbaycan dilini mükəmməl bilirəm və fikirlərimi çok lakonik, təmiz şəkildə çatdırıram. Məni gülüş hədəfinə çevirənlər öz dillərində gözəl danışa bilirlərmi və ya neçə dildə danışırlar. Məni xarici dildə danışarkan hər-hansı bir səhvlərə yol verdiyimə görə tənqid etmək, hətta təhqirə keçmək yolverilməzdir. Mən bu insanlara hüquqi yolla cavab verəcəm”

Millət vəkili bir neçə vaxt öncə haqqında çıxan və onu uşaq qaçırmaqda ittiham edən xəbərlərdən də danışıb. “Guya, mən uşaq qaçırmaqda ittiham olunuram, Moldova respublikasında haqqımda cinayət işi açılıb və axtarışdayam. Mən bu barədə danışmağı ümumiyyətlə lazım bilməmişdim. Lakin görünür ki kimlərsə öz qərəzli kampaniyasını davam etdirir.Bunlar gülünc ittihamlardı, böhtandır”,- deyə Ramil Həsən qeyd edib.

Qeyd edək ki, Ramil Həsən birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi statusuna malikdir. Bu il Ucar rayonundan Milli Məclisə deputat seçilib.

İlhamə Rəsulova

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Müharibə iştirakçılarının intihar hallarının qarşısı necə alınmalıdır...
››› Nəhəng raket nəzarətdən çıxdı: Hansı şəhərlərə düşə bilər
Son xəbərlər
Bütün xəbərlər »