Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Komitəsi və “Azərişıq” prezidentin sosial çağırışına qoşuldu

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Azərişıq” ASC tərəfindən Bakı şəhərindəki məcburi köçkün tənha şəxslərə və aztəminatlı ailələrə yardım göstərilib.

Bizimyol.info xəbər verir ki, gündəlik tələbat mallarında ibarət olan 1 200 ərzaq bağlaması paytaxtın Yasamal rayonunda - Azərbaycan Texniki Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanalarında, 1800 ərzaq bağlaması isə Binəqədi rayonu ərazisindəki müxtəlif obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə verilib.

Azərişıq

Risk qrupuna daxil olan insanların evdə qalması və virusa yoluxmaqdan qorunması məqsədi güdən yardım aksiyası zamanı məcburi köçkünlərlə infeksiyanın tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət etmək tövsiyə olunub.

“Azərişığ”ın “ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Depatamentinin direktoru Elsevər Rüstəmli jurnalistlərə açıqlamasında bildirib ki, təmsil etdiyi qurum ənənəvi olaraq bu tipli aksiyalarda iştirak edir:

“Koronavirus pandemiyasının ölkəmizin ərazisində geniş yayılmasının qarşısının alınması üçün tətbiq edilən karantin rejimində əhalinin həssas qrupları, o cümlədən məcburi köçkünlər maddi dəstəyə ehtiyac duyurlar. Bu sahədə dövlətimizin müəyyənləşdirdiyi tədbirlərlə yanaşı, ayrı-ayrı qurumlar tərəfindən də sosial aksiyalar həyata keçirilir. “Azərişıq” olaraq biz də bu aksiyaya qoşulmuşuq və belə aksiyalar davamlı olacaq. Rəhvərliyimizin ciddi tapşırığı ilə növbəti ayda da belə bir aksiya həyata keçiriləcək”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müayəndəsi Elşən Əliyev də açıqlamasında təmsil etdiyi qurumun ölkə rəhbərliyinin bu təşəbbüsünü dəstəklədiyini və davamlı olaraq bu aksiyaları keçirdiklərini qeyd edib.

Məcburi köçkünlər karantin rejimi müddətində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür ediblər.

Ramid İbrahimov

Paylaş »
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› Paşinyanın arvadı ilə bağlı araşdırma aparılır
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »