Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: ABŞ ÜST-ü ittiham etməklə günah keçisi axtarır

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımını dayandırdığını bəyan edib. O, qurumu koronavirusla bağlı yalan məlumatlar yaymaqda günahlandırıb. ABŞ ÜST-yə illik 400-500 milyon dollar arası maliyyə yardımı edirdi.

ÜST-ün nüfuzlu və peşəkar beynəlxalq təşkilat kimi səhiyyə sahəsində böhranların tənzimlənməsində əvəzedilməz rol oynadığını vurğulayan bir sıra dövlətlər ABŞ-ın bu qərarını dəstəklənməyib.

UST - Ümumdünya Səhiyyə Təşkilatı

Tramp isə öz növbəsində məsələ ilə bağlı belə fikir bildirib.

“Bu gün mən koronavirus böhranın pis idarə edilməsində və onun yayılmasının gizlədilməsində ÜST-nin roluna dair araşdırma aparılması üçün təşkilata maliyyə yardımın dayandırılması barədə göstəriş verdim Hər kəs orada nə baş verdiyini yaxşı bilir. ABŞ ÜST-yə illik 400-500 milyon dollar arası ,Çin isə sadəcə illik 40 milyon dollar vəsait ödəyir. ÜST Uhanda pandemiyanın necə yayıldığına dair etibarlı bir araşdırma aparmayıb. Ən vacib vəzifəsini icra edə bilməyən ÜST məsuliyyətə cəlb edilməlidir”, - deyə Tramp qeyd edib.

Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımını dayandırması qərarına münasibət bildirib.

Bu gün XİN-in rəsmi nümayəndəsi Çjao Litszyan deyib ki, Çin D. Trampın ÜST-ə maliyyə yardımını dayandırması qərarından ciddi narahatlığını ifadə edir. ÜST rəhbəri BMT-nin baş katibi Antonio Quterreş, ÜST rəhbəri Adxanom Qebreyesus ABŞ-ın maliyyələşdirməni dayandırmaq üçün səhv vaxt seçdiyini söyləyiblər.

Azərbaycan hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adhanom Ghebreyesus Azərbaycan xalqına və hökumətinə təşəkkür edib. Dünyanın eyni bəlaya savaş açdığı bir dönəmdə biz öz mövqeyimizi bu şəkildə sərgilədik.

Nəsib Məhəməliyev BY-1 Nəsib Məhəməliyev

Millət vəkili Nəsib Məhəməliyev Bizimyol.info-ya verdiyi açıqlamada qeyd edib ki, ÜST-ün fəaliyyəti effektiv olub, onu düzgün qiymətləndirməmək olmaz.

“ABŞ ÜST-ü maliyyələşdirməkdən imtina edib. ÜST-ün o qədər imkanı yoxdur ki, bu gün maliyyə ehtiyacı duyan və beynəlxalq birliyə müraciət etmiş 150 ölkəyə yardım etmək imkanı yoxdur. Bu təşkilata ən böyük maliyyəni ilk növbədə ABŞ verirdi.Bu gün ABŞ günah keçisi axtarır. Ölkədə yoluxma və ölüm sayı rekord səviyyədədir. Kütləvi xarakter alıb. Çin xəstəliyi öz içərisində çox tez lokallaşdıra bildi. Ancaq Amerikada yarım milyondan çox insan yoluxub. Təbii ki günah keçisi axtramaq lazım idi, ABŞ daxilində federal subyektlərdən çoxu prezidenti preventiv tədbilər görməməkdə qınayır. Onlar deyirlər ki, prezident qabaqlayıcı tədbirlər almadığına görə virus yayıldı. Ona görə Tramp da ÜST-ü ittiham edir. Mənim fikrimcə, ÜST çox effektiv fəaliyyət göstərdi və lazımi informasiyanı bütün dünyaya çatdırdı. Onlar qabaqlaycı xəbərdarlıqla çıxış edir görülməli işləri göstərir, istiqamət verirdilər. Bu anlamda ÜST-ün səbəbkar olaraq ittiham edilməsini düzgün yanaşma hesab etmirəm. Beynəlxalq təşkilatlara əməkdaşlıq qırılarsa bu beynəlxalq hüquq normalarının və dünya nizamının tam pozulmasına gətirib çıxara bilər”.

İlham Məmmədov

Millət vəkili Ilham Məmmədov da bildiri ki, ÜST-ün bu günə qədər görmüş olduğu işlər danılmazdır. “Koronavirusun ən pis ssenarisinə hazır olun!! çağırışı edən ÜST rəhbəri bildirmişdi biz əlaqələndirilmiş yüksək səviyyəli qlobal təhdidlərdən çox uzağıq. Bunu bir nümunə kimi deyə bilərik ki, ölkə başçılarının pandemiya ilə bağlı keçirdiyi ən böyük platrforma Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü oldu. ABŞ-a bu anlaşılmazlığı bir neçə aspektdən qiymətləndirmək olar. Bu gün isə mən bunu ÜST-lə ABŞ arasında anlaşılmazlıq kimi dəyərləndirərdim.

Hesab edirəm ki, qlobal pandemiya vaxtı onlar arasında belə bir gərginliyin yaşanması arzuolunan deyil və zamansızdır.ABŞ ÜST-ün düzgün fəaliyyət qurmadığını bəyan edir, hesab edirəm ki, bu xəbərlər insident tezliklə aradan qalxar”.

İlhamə Rəsulova

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »