Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat elektrik enerjisinin aylıq istehlak limitinin artırılmasını şərh etdi

“Koronavirusla mübarizə prosesində dövlətimizin atdığı addımlar özünün kompleks xarakterilə seçilir. Odur ki, tibb və səhiyyə istiqamətində addımlarla yanaşı sosial-iqtisadi xarakterli addımlar atılmaqdadır. Məqsəd hər şeydən öncə koronavirus nəticəsində müvəqqəti olaraq işlərini itirmiş olan və ya işsiz olan insanların sosial rifahının təmin olunmasından ibarətdir. Bu kontekstdə elektrik enerjisindən istifadəyə görə aylıq istehlak limitinin artırılması da insanların sosial rifahının yaxşılaşdırılmasına hesablanmış addımdır”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü Elşad Mirbəşir oğlu deyib.

O bildirib ki, Prezident İlham Əliyev bununla növbəti dəfə nümayiş etdirdi ki, Azərbaycan vətəndaşının sosial-iqtisadi rifahı onun siyasətinin mərkəzində dayanır: “Həmçinin Azərbaycan dövlətinin sosial xarakterini biz növbəti dəfə müşahidə etmiş olduq. Nəzərə alamq lazımdır ki, davamlı olaraq vətəndaşların sosial-iqtisadi rifahının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər silsilə xarakter daşıyır.

Koronavirusun bütün dövlətlərdə iqtisadiyyata, ümumiyyətlə insanların sosial-iqtisadi vəziyyətinə mənfi təsiri göz önündədir. Amma buna baxmayaraq dövlətimiz tərəfindən atılan qabaqlayıcı addımlar həm indiki şəraitdə, həm də epidemiyadan sonrakı dövrdə həm məşğulluğun təmin olunması, həm də iqtisadi inkişafın dayanıqlığın təmin olunması istiqamətində addımlar atmağa, vəziyyətin yaxşılaşdırılmasını təmin etməyə imkan verir”.

Xatırladaq ki, aprelin 13-də Baş nazir Əli Əsədov əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcminin tənzimlənməsi ilə bağlı tədbirlər haqqında qərar imzalayıb.

Qərara əsasən, əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən ardıcıl iki hesabat ayı müddətində 100 kilovat-saat artırılaraq, 400 kilovat-saat müəyyən edilib.

Bu qərar bütün əhali istehlakçılarının aprel ayında sayğac oxunduğu gündən sonrakı iki hesabat ayı üçün istehlak etdikləri elektrik enerjisinə şamil edilir. Hesabat ayı üçün istehlak edilən elektrik enerjisi dedikdə, ardıcıl 30 təqvim günü ərzində istifadə edilmiş elektrik enerjisinin həcmi nəzərdə tutulur.

Son xəbərlər
Bütün xəbərlər »