Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda orta məktəbdə valideynlər arasında dava
Dünən Bakıdakı məktəblərdən birində valideynlər arasında insident baş verib. Lent.az xəbər verir ki, Suraxanı rayonu Abil Səfərov adlı 114 saylı orta məktəbdə tədris ilinin başa çatması ilə bağlı 3-cü sinifin valideynləri toplaşıb. Bu zaman valideynlərdən biri olan Abbasova Esmira Rəşid qızı onun övladına sataşan uşaqlardan birinə xəbərdarlıq edib və azyaşlını hədələyib.

Məktəbdəki digər valideynlərdən biri həmin uşağı himayəsində saxlayan bibisinə bu barədə dərhal xəbər verib. Uşağın bibisi tələsik məktəbə gəlib və E.Abbasova ilə dalaşaraq ona sillə vurub. Bundan sonra qadının ürəyi gedib. Çox keçmədən bu söhbət E.Abbasovanın həyat yoldaşına çatdırılıb və o da təcili məktəbə gəlib. Zərərçəkmişin yoldaşı dərhal polisə zəng edib və xəsarətin dərəcəsinin müəyyənləşdirilməsi üçün təcili tibbi yardım çağırıb. Məktəb rəhbərliyi nə qədər çalışsa da, valideynləri barışdıra bilməyib və onlar məsələni polis bölməsində ayırd etməyə gediblər.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »