Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bolnisidə koronavirusa yoluxanların sayı iki dəfə artdı

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunda koronavirusa iki yeni yoluxma halı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Kvemo Kartlinin qubernatoru Şota Rexviaşvili bildirib.

O deyib ki, virusa yoluxanlar təcili tibbi yardım həkimi və təcili tibbi yardım maşınının sürücüsünün uşağıdır: “Bolnisidə koronavirusa yoluxanların ümumi sayı 20 nəfər təşkil edir. Virusun Savaneti kəndində yayılması ilə bağlı yüksək risk var. Buna görə də kənd tam təcrid olunacaq”.

Qeyd edək ki, ötən günə qədər Bolnisidə COVID-19 infeksiyası 10 nəfərdə aşkar olunmuşdu.

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
Son xəbərlər
Bütün xəbərlər »