Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Millət vəkili: “Bu marginalların səriştəsizlik, tərbiyəsizlik və düşmən emblemi var”

Aprelin 14-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Ölkə başçısı videokonfransda xalqımızı narahat edən, maraqlandıran və qarşıda duran bir çox məsələlərlə bağlı fikirlərə aydınlıq gətirməklə, bir daha uzaqgörənliklə, professional şəkildə bütün proseslərə şəxsən nəzarət etdiyni və hər zaman xalqının, dövlətinin inkişafı üçün əlindən gələni etməyə hazır olduğunu göstərdi.

Millət vəkili İlham Məmmədov Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, Prezident öz çıxışında ölkə həyatının bütün sahələrinə toxunaraq ilk üç ayda əldə olunan nailiyyətlər, sosial-iqtisadi göstəricilər,makroiqtisadi sabitlik,aqrar sektor, ekoloji vəziyyət, əhalinin içməli və texniki suya olan tələbatının ödənilməsi, ümumbəşəri bəlaya çevrilmiş koronovirusla mübarizə çərçivəsində görülən tədbirlər, Qarabağda keçirilən qanunsuz seçkilərə beynəlxalq təşkilatların münasibəti haqqında proqram xarakterli çıxış edib.

“Bəşəriyyət pandemiyanın yaratdığı xaos içərisindədir. Bu pandemiya bəşəriyyətin tarixinə dəhştli böhran və imtahan kimi düşəcək. Koronavirus pandemiyası eyni zamanda iqtisadi nəticələri olan, həm də humanitar böhrandır. Dövlətlərin iqtisadiyyatının çökməsi, insanların social rifah halının həddən artıq pisləşməsi o deməkdir ki, biz hamımız eyni gəminin içərisindəyik və birgə çıxış yolu axtarmaq məcburiyyətindəyik. Bir-biri ilə iqtisadi rəqabət aparan, inkişaf etmiş dövlətlərdə belə tənəzzül müşahidə olunur. Böyük zavodlar öz işlərini dayandırıb, profil dəyişərək tibbi ləvazimat və avadanlıq istehsalına başlayıblar, hətta bəzi ölkələr bir-birlərindən maska oğurlamaqla öz əhalisinin xilas yolunu axtarır. Bu çətin vəziyyətdə Azərbaycan virusa öz gücünə savaş açan, iqtisadi cəhətdən ayaq üstə durmağı bacaran və xalqına dəstək olan ölkələr sırasındadır.

Bu günki reallıqda ölkə iqtisadiyyatını müzakirə etmək, böyük sosial layihə planları açıqlamaq da böyük cəsarət işidir. Çünki, aparıcı beynəlxalq maliyyə qurumları qeyd edir ki, bu pandemiyadan yarana biləcək və yaranmaqda olan böhran 2008-2009-cu ilin böhranından daha da ağır olacaq. Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciət edib. Yəni, dünya birliyinin mütləq əksəriyyəti artıq yardıma ehtiyac duyur , amma Azərbaycanın adı bu siyahıda yoxdur. Bu nə deməkdir. Bu iqtisadi təməlimizin möhkəmliyini bir daha sübut edir və biz bununla qürur duyuruq.

Prezident bütün sahələrin inkişafını nəzərdə tutan proqram xarakterli çıxış etdi. Lakin insanlarımızın sağlamlığının onun üçün daha vacib olduğunu xüsusilə qeyd etdi. Görülən işlər bundan sonra da ölkə əhalisinin rifahını nəzərdə tutacaq. Heç bir sosial layihə dayandırılmayacaq, davam etdiriləcə”,- deyən millət vəkili Prezidentin siyasi dialoq təklifi və xalqa düşmən mövqe tutan bəzi qüvvələrin var olmasından da danışıb.

“Təəsüf ki, ölkəmizin nailiyyətlərinə qısqanclıqla yanaşan xarici qüvvələr və onların Azərbaycandakı əlaltıları, özlərinə siyasi müxalifət adı verən bəzi qüvvələr bu gün görülən işlərə qara yaxmalla məşğuldurlar, prezident bildirdi ki, siyasi qüvvələrlə dialoq qa girəcək.Aparılan islahatlara siyasi islahatlar da daxildir. Bəzi ünsürlərin hansı ki, mən onlara siyasi qüvvə də deməzdim bir emblemi var- səriştəsizlik, tərbiyəsizlik və mədəniyyətsizlik.Onları bir adla adlandırmaq olar. Xalqın ağır günündə hansısa statistic məqamları, rəqəmləri qabardaraq xaos və panika yaradan insanların bir adı var – xalqın düşməni. Bu marginalların tərbiyəsilik , səriştəsizlik və mədəniyyətsizlik emblemlərinin içərisinə xalq düşməni emblemi də əlavə oluancaq. Onlar xaricdə oturaraq tv-ciklərdən çıxış edir, karantinə baxmayaraq yenə dillərini dinc saxlamır narazılqı yaratmağa çalışırlar. Dövlət başçısı öz çıxışında bildirdi ki, müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Amma bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır. Mən dövlətçiliyimizə, milli birliyimizə əl uzadan bu qüvvələrin əməlini pisləyirəm.Onların bütün cəhdləri uğursuzluğa məhkumdur. Biz dövlət başçsıının yanıda olacağıq.

İnsanların prezidentə sevgisi, prezidentin xalqa arxalanması ilə birliyimizi qoruyacaq və bu problemin də öhdəsindən gələcəyik”,- deyə millət vəkili bildirib.

İlhamə Rəsulova

Paylaş »
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Həbsdə olan iş adamına işgəncə iddiaları var: DİN açıqlama verdi
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
››› Vitse-spikerin müsahibəsi Ramiz Mehdiyevi bitirə bilər
Son xəbərlər
Bütün xəbərlər »