Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“AŞPA Qarabağla bağlı qətnamələrini icra etmirsə, digər qətnamələri kağız parçasından başqa bir şey deyil”

“Qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. “Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi. Ancaq istəyirəm Azərbaycan vətəndaşları bilsinlər ki, bu beynəlxalq təşkilatlar arasında bir təşkilatın adı yoxdur. Hesab edirəm, hər kəs başa düşür ki, söhbət Avropa Şurasından, Avropa Şurası Parlament Assambleyasından gedir, hansı ki, uzun illər, 20 il ərzində Azərbaycanı qaralamaq, Azərbaycana şər, böhtan atmaq, Azərbaycanı nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir”.

Bizimyol.info xəbər verir ki, bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə giriş nitqində bildirib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər”lə bağlı mövqeyini bildirməməsinə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Bizimyol.info-ya açıqlamasında şərh verib.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

“Dağlıq Qarabağda keçirilən “seçkilər”lə bağlı mövqeyin bildirilməməsi ikili standartların əlamətidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı Erəmistanın işğalçılıq siyasətini əvvəlki qətnamələrində pisləməsinə, indi də o siyasətinə sadıq qalmalısan. Mən açığı bu təşkilatı ciddi təşkilat saymamışam.

2001-ci ildən Azərbaycanın qəbul olduğu bu beynəlxalq təşkilatda o qədər fərqli ölkələrin fərqli maraqları yer var ki, istənilən sənət qəbul edilsə belə onun reallaşması mümkün deyil.

Rusiyanı gah çıxartdılar, gah qəbul etdilər. Çünki pula ehtiyacları var idi. Ukrayna ilə bağlı müxtəlif qətnamələr qəbul etdilər, heç birinə yerinə yetirilmədi”,-deyə politoloq bildirib.

E.Şahinoğlunun sözlərinə görə, ciddi qurum Avropa Birliyi və Avropa Parlamentidir ki, onlar qondarma “seçkilər”i pisləyiblər: “Bizim üçün önəmlidir ki, ayrı-ayrı Qərb dövlətləri bəyanət verərək “seçkilər”in nəticəsini tanımadıqlarını dedilər.

Avropa Şurası Parlament Assambleyasında Ermənistanın dostları olan ölkələr var. Azərbaycan bu təşkilatdan çıxsa, Azərbaycanın əleyhinə qətnamələr çıxarda bilərlər. Orada ermənipərəst deputatlar var və erməni lobbisi ilə bağlı olan deputatlar var. Biz bu vəziyyətdə bu təşkilatdan çıxa bilmərik. Bu müstəvidə fikir müzakirələri aparmaq bizim üçün müsbət məqamdır.

Deyim ki, bu təşkilatda Azərbaycanın mövqeyini dəstəkləyən deputatlar da var. Bir məsələ də var. Bu təşkilatda Azərbaycanın xeyrinə verilən qətnamələr də işləmir. Biz bundan da narazıyıq. Qarabağla bağlı kəskin mövqeyini ortaya qoymursa, Qarabağla bağlı qətnamələrini icra etmirsə, digər qətnamələri dövlət başçısının dediyi kimi kağız parçasından başqa bir şey deyil”.

Paylaş »
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
››› Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edəcək
Son xəbərlər
Bütün xəbərlər »