Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin Trampın ÜST-ə maliyyə yardımını dayandırmasına münasibət bildirib

Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımını dayandırması qərarına münasibət bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu gün XİN-in rəsmi nümayəndəsi Çjao Litszyan deyib ki, Çin D. Trampın ÜST-ə maliyyə yardımını dayandırması qərarından ciddi narahatlığını ifadə edir.

ÜST-ün nüfuzlu və peşəkar beynəlxalq təşkilat kimi səhiyyə sahəsində böhranların tənzimlənməsində əvəzedilməz rol oynadığını vurğulayan çinli diplomatın sözlərinə görə, COVİD-19-un yayılmasından ÜST Tedros Adxanom Qebreyesusun rəhbərliyi altında öz üzərinə düşən öhdəlikləri effektiv şəkildə yerinə yetirib və hər yerdə hamının etiraf etdiyi kimi, beynəlxalq cəmiyyətin fəaliyyətinin koordinasiya edilməsində mərkəzi rol oynayıb.

O qeyd edib ki, hazırda epidemiya ilə mübarizədə vəziyyət həlledici mərhələdədir və ABŞ-ın bu qərarı ÜST-ün imkanlarını zəiflədəcək, habelə beynəlxalq əməkdaşlığı sarsıdacaq və ABŞ-da daxil olmaqla bütün ölkələrə, xüsusən də səhiyyə sistemi zəif olan ölkələrə təsir edəcək.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »